Bu il Azərbaycanda nazirlər təkcə təmsil etdikləri qurumlarla deyil, övladlarının toy mərasimləriylə də gündəmə gəldilər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlunun və mədəniyyət və turizm naziri Əbulfəs Qarayevin qızının xeyir işi 2015-ci ilə təsadüf etdi.
Belə ki, bu ilin fevral ayında fövqəl nazirin kiçik oğluxa0Nicat Heydərovunxa0toyu olub. O, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovun qızı ilə ailə həyatı qurub.

Digər nazir Əbülfəs Qarayevin yeganə qızıxa0Suad Qarayevanınxa0toyu isə 11 oktyabrda baş tutub.xa0O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub. Cütlük bir neçə il öncə Londonda tanış olub.

Bu il övladlarına toy edənlər arasındaxa0eks-MTN şefi Eldar Mahmudovxa0da var. Onun kiçik qızı Nərgiz 29 sentyabrda Rasim Əliyevlə nikaha daxil olub.

Sentyabrda daha bir toy isə Kəmaləddin Heydərovun I müavini, general-leytenant Rəfail Mirzəyevin ailəsində baş verib. Generalın oğluxa0Rəşad Mirzəyevinxa0toyu Qəbələdə yerləşən “Qafqaz Riverside”x9d otelində keçirilib.

Bu il ailə quranlar arasında Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlu, Paşa Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədrixa0Mircəlal Paşayevxa0də var. Həmin toy mərasimi martın 14-də “Buta Palace”x9dda qeyd olunub.
Xatıladaq ki, prezident İlham Əliyev ailə üzvləri ilə bərabər Mircəlal Paşayevin toyunda iştirak edib.

(qafqaz.info)

































































































