Masazırda Eldar Mahmudova məxsus hektarlarla torpaq sahəsi üzə çıxdı

Hazırda oxunan: Masazırda Eldar Mahmudova məxsus hektarlarla torpaq sahəsi üzə çıxdı

110431

Sabiq MTN generalı Akif Çovarovun Masazırda nəhəng istixana kompleksinə, hektarlarla torpaq sahəsinə malik olduğu kimsəyə sirr deyil.

Bugünlərdə etibarlı mənbədən Moderator.az-a daxil olan məlumatda, keçmiş MTN rəhbəri Eldar Mahmudovun da Masazırda hektarlarla əraziyə malik olduğu ilə bağlı maraqlı informasiya yer alıb.

Bu barədə saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq nazirə məxsus torpaq sahələri Masazırdakı “Qurtuluş”x9d yaşayış kompleksi ilə “Villa Badam”x9d kompleksi arasındakı ərazidə yerləşir:

“E.Mahmudova məxsus torpaq sahəsi Abşeron rayonunun Masazır qəsəbəsində ən perestijli ərazilərdən biri hesab edilən sahədə - “Qurtuluş”x9dla “Villa Badam”x9d ərazisindəki sahədə yerləşir. Hektarlarla torpaq sahəsinin E.Mahmudov tərəfindən necə mənimsənilməsinə gəlincə, bu məsələdə Akif Çovdarov amilinin müstəsna rol oynadığı birmənalıdır.

Sadə vətəndaşların sıxışdırılması, həbs edilməsi və döyülməsi hesabına özünə Masazırda böyük bir imperiya quran, hektarlarla torpağa əl qoyn A.Çovdarov, həyata keçridiyi “torpaq ekspansiyası”x9d fonunda  öz nazirini də unutmayıb. A.Çovdarov “özünəməxsus üsullarla”x9d on hektarlarla ərazini qısa zamanda E.Mahmudovun şəxsi mülkiyyətinə çevirib ki, bu torpaqlar bu gün də E.Mahmudova yaxın şəxslərin mülkiyyətindədir”x9d.

Mənbənin məlumatına görə, “MTN işi”x9d çərçivəsində E.Mahmudova məxsus bir çox ticarət mərkəzi və şirkətlər, avtomobillər salonları və marketlər aşkar edilsə də, Masazır və bu qəbildən olan “gözdən uzaq”x9d yerlərdə sabiq nazirə məxsus yüz hektarlarla torpaq sahəsinin mövcudluğu şübhəsizdir. Hansı ki, aparılacaq araşdırma bu torpaqların üzə çıxarılmasını təmin edə bilər.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin