“Azərbaycan Türkiyə və Rusiya arasında qəti seçim qarşısında qalmayacaq”x9d

Hazırda oxunan: “Azərbaycan Türkiyə və Rusiya arasında qəti seçim qarşısında qalmayacaq”x9d

110404

“Su-24”x9d təyyarəsinin vurulmasından sonra Türkiyə və Rusiya arasında başlayan gərginlik getdikcə dərinləşməkdədir. Maraqlıdır, elə bir məqam gəlib çata bilərmi ki, rəsmi Bakıdan Türkiyə və ya Rusiyadan yana qəti seçim etmək tələb edilsin?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Azərbaycan qarşısında belə bir tələbin qoyulmayacağını vurğuladı:

“Azərbaycan Türkiyə və Rusiya arasında qəti seçim qarşısında qalmayacaq. Çünki hər kəs bilir ki, Türkiyə Azərbaycana qardaş olan bir dövlətdir. Türkiyə-Azərbaycan münasibətlərinin hansı səviyyədə olduğu bütün dünyaya məlumdur.

Rusiyaya gəlincə, Rusiya Azərbaycana qonşu dövlətdir və bu dövlətə ölkəmiz arasında normal münasibətlər var. Belə bir münasibət Azərbaycanın da dövlət marağına tamamilə uyğundur. Ona görə də hesab etmirəm ki, gərginləşən Türkiyə-Rusiya münasibətləri fonunda Azərbaycandan birmənalı şəkildə hansısa dövlətdən yana seçim etmək tələb olunsun”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin