“Azərbaycan və Gürcüstan Türkiyənin yanında olmağa məhkumdur”x9d

Hazırda oxunan: “Azərbaycan və Gürcüstan Türkiyənin yanında olmağa məhkumdur”x9d

110042

Türkiyə-Rusiya qarşıdurmasının dərinləşdiyi bir zamanda rəsmi Ankara həm PKK, həm də İŞİD-ə qarşı mübarizəni davam etdirməkdədir. Maraqlıdır, Türkiyənin indiki həssas məqamında Azərbaycanın qardaş dövlətə yardım etməsinə zərurət varmı? Belə bir yardım Türkiyə və türk dünyasının bu günü və gəlcəyi baxımından nəyisə dəyişə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Borçalı”x9d Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Türkiyənin çətin sınaqlar ərəfəsində olduğunu vurğuladı:

“Bir şeyi hamı aydın dərk etməlidir ki, diplomatik dil yerini hərb dilinə verir. Qorxulu bir mərhələdir. Dünyanın əsas güc mərkəzləri, xüsusilə əsas siyasi-ideoloji, hərbi qütblər oyunun mərkəzindədirlər. Dünya sökülüb təzədən yığılma ərəfəsindədir. İndi prosesləri qütblər diktə edir. Böyük orta doğu projesinin fəlsəfəsində Orta Şərqin tam nəzarətə götürülməsi, İranın da parçalanması, bölgənin yenidən bölünməsi, İsrailin hegemonluğuna cəhd və bölgədə əsas regional güc mənbəyi olan Türkiyənin nisbətən zəif salınması və daha az paya iddia etməsi nəzərdə tutulmuşdur. Türkiyə bunu bilir və hələlik dik durmaqdadır. Türkiyə-Rusiya qarşıdurmasının böyüməsi, NATO və digərlərinin bu qarşıdurmada iştirakı realdır. Azərbaycanın indiki halda tək sığınacağı məkan Türkiyə Cumhuriyyətinin olduğu yerdir. Bu halda Azərbaycanın istəyi heç nəyə təsir etmək iqtidarında deyil. Güman ki, Türkiyə bu oyunda Azərbaycan da daxil türk dünyasının təmsilçisi olaraq nəyi məsləhət biləcəksə, elə də davranmalıyıq. Bütün variantlarda Türkiyə-Azərbaycan-Gürcüstan bir yerdə Türkiyənin yanında olmağa məhkumdurlar. İndiki zamanda əsas prioritet istiqlalı qorumaq, toqquşmalardan az zərərlə çıxmaq olmalıdır”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin