Neft platformasındakı yanğın ”“ təbii fəlakətin fəsadı, yoxsa terror?

Hazırda oxunan: Neft platformasındakı yanğın ”“ təbii fəlakətin fəsadı, yoxsa terror?

109851

Dünən Günəşli yatağındakı platformaların birində baş verən yanğının söndürülməsi istiqamətində görülən işlər davam edir. Məsələ ilə bağlı verilən rəsmi açıqlamada yanğının baş verməsinin səbəbi kimi, güclü tufanın 10-cu dərin dəniz özülündəki qaz xəttini sıradan çıxarması göstərilib.

Maraqlıdır, verilən rəsmi açıqlamaya rəğmən baş verən hadisənin bir terror olayı olma ehtimalı varmı? Baş verən olayın həm də bu müstəvidə araşdırılması həyata keçirilməlidirmi? “Günəşli yatağına məxsus platformadakı yanğının “MTN işi”x9d ilə bağlı olaydan sonra baş verməsi təsafdüfidirmi? İnternet kəsintisi, Nardaran olayı və Günəşli yatağındakı yanğın bir zəncirin müxtəlif halqaları kimi dəyərləndirilə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bütün ehtimallar kimi bu ehtimalın da araşdırılması gərəkdiyini söylədi:

“İstənilən fövqəladə hadisədə - yanğın, partlayış və s. kimi olayların görünməyən tərəfləri hökmən araşdıırlmalıdır. Şübhəsiz ki, burada söhbət təbii fəlakətlərdən getmir. Neft bizim sərvətimizdir. Bu baxımdan neft və qaz obyektlərində asan başa gəlməsə də, hansısa terror aktı həyata keçirmək istəyə bilərlər. İşi elə qura bilərlər ki, doğrudan da külək olanda, tufan qopanda hansısa partlayış olsun. Biz iddia etmirik ki, baş verənlər terror hadisəsidir. Amma araşdırılmalıdır ki, belə bri şey ola bilərmi? Detallar öyrənilməlidir. Bunu həm xüsusi xidmət orqanı, həm də FHN öyrənir. Məsələnin görünməyən tərəfinin araşdırılması xüsusi xidmət orqanının işidir. Məsələ araşdırılmalıdır.

Bu gün dünyada bir-birinin ardınca baş verən hadisələr rahat dünya düzənindən xəbər vermir. Paris terroru, ardınca Türkiyə-Rusiya münasibətərindəki gərginlik, İŞİD-in növbəti həmlələri buna misaldır. Azərbaycanda da bir-birinin ardınca bir sıra hadisələr oldu ki, bura MTN və Nardaran hadisəsi, habelə neft platformasındakı yanğın daxildir. Lakin elə şeylər var ki, onu xüsusi ilə qabardıb hadisənin məhz terror olduğunu da iddia etmək həddindən artıq canfəşanlq etmək olar. Məsələ bundadır ki, həmin gün hava doğrudan da pis idi. Külək vardı. Hansısa borunun sırdan çıxması mümkün idi. Lakin bunu gərək qabaqcadan təhlükəsizlik məsələsi ilə məşğul olan qurum əvvəlcədən görərdi və bilərdi. Vaxtında bunun qarşısını alardı. Həmin qurum bilməliydi ki, Bakıda güclü küləklər olur, belə bir qəza baş verə bilər.

Bu baxımdan hər şeyi birmənalı şəkildə terror ehtimalına yönəltmək doğru olmaz. Ola bilsin ki, həqiqətən də hər şey güclü küləkdən irəli gəlib. Hadisələrin bir-birinin ardınca cərəyan etməsinə gəlincə, bu gün bütün dünyada proseslər məhz bu cür baş verir”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin