Deputat həmkarı Elxan Süleymanovun 75 yaşını təbrik etdi

Hazırda oxunan: Deputat həmkarı Elxan Süleymanovun 75 yaşını təbrik etdi

109765
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az vasitəsilə deputat həmkarı Elxan Süleymanovu 75 illik yubileyi münasibətilə təbrik edib. 

Təbrikdə deyilir:

Şamaxının millət vəkili
cənab Elxan Süleymanova
 
Hörmətli Elxan müəllim,

75 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. 
Sizin Avropa Şurası və AVRONEST parlament assambleyalarındakı yorulmaz fəaliyyətiniz, Azərbaycan torpaqlarının işğalı, Sərsəng su anbarı barədə həqiqətlərin qəbul edilməsi istiqamətində göstərdiyiniz fədakarlıq xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilib.
75 yaşınızın tamam olmasına baxmayaraq, Siz gənclik həvəsi ilə yorulmadan çalışır, milli maraqlarımızın müdafiəsi uğrunda aparılan mübarizənin ön sıralarında dayanırsınız.
Geridə buraxdığınız hər il Azərbaycan xalqının və dövlətinin maraqları uğrunda mübarizənin şərəfli səlnaməsi, gələcək nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. 
Bu səbəbdən, Azərbaycan torpağına, Vətənə, xalqa həsr etdiyiniz ömrünüzün hər anından qürur duya bilərsiniz. Zənnimcə, Vətənini Sizin qədər ürəkdən, təmənnasız bir sevgi ilə sevən insan üçün bundan böyük xoşbəxtlik ola bilməz.
Hörmətli Elxan müəllim,
Sizi bir daha 75 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm can sağlığı və qələbə sevinci arzulayıram.
 
Dərin hörmətlə,
 
Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri, millət vəkili

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin