Bu cəza növü təhsilə heç nə verməyəcək - ETİRAZ

Hazırda oxunan: Bu cəza növü təhsilə heç nə verməyəcək - ETİRAZ

109479
Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynləri cərimələnəcəklər. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulur.

Məcəlləyə təklif olunan dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Nəzərdə tutulan dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.

Moderator.az məsələ ilə bağlı ölkənin tanınmış təhsil ekspertlərinin fikirlərini öyrənir. Əjdər Ağayevin (onun münasibətini bu linkdən oxumaq olar---moderator.az/news/109430.html) ardından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, hal - hazırda isə ADR Hərəkatının sədr müavini olan keçmiş müsavatçı Vurğun Əyyub da saytımıza açıqlamasında məsələyə münasibət bildirib: 

"Bu cəza növü təhsilə heç nə verməyəcək. Əvvəla, valideynlərin bu cəriməni ödəmək imkanı yoxdur. İkincisi, şagirdlərin məktəbə gəlməməsində valideyndən daha çox məktəb və hökumət günahkardır. Məktəb rəhbərləri repitotor yanına gedən şagirdlərdən pul yığır, qalan uşaqların da dərsə gəlməmələrində maraqlı olurlar. Hökumət isə valideynin rahat şəkildə işləyib pul qazanması üçün şərait yaratmır ki, valideyn ürəkaçıqlığı ilə uşağını məktəbə göndərə bilsin".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin