Moderator.az-ın ans-ə istinadən verdiyi məlumata görə, “İçərişəhər”x9ddən gələn qatar “Gənclik”x9d stansiyasına çatmamış tuneldə qalıb.
Bildirilir ki, qatar tuneldə 10 dəqiqə yaxın qalıb. Daha sonra isə sərnişinlər “Gənclik”x9d stansiyasında təxliyyə edilib. Sərnişinlərdən bəzilərinin halı pisləşib.
“Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı bildirib ki, qatarın tuneldə qalmasına səbəb həmin qatarda nasazlığın yaranmasıdır.
““İçərişəhər”x9ddən “Həzi Aslanov”x9da hərəkət edən 3 saylı qatarda problem yaranıb. Bun səbəbdən sərnişinlər təxliyyə edilib və qatar depoya göndərilib. Sərnişinlərin daşınması üçün növbəti qatar işə salınıb”x9d, deyə N. Paşayev bildirdi.




































































































