“Deputat Azərbaycan xalqının keçmişini təhqir edib”x9d

Hazırda oxunan: “Deputat Azərbaycan xalqının keçmişini təhqir edib”x9d

109196


 

Gəncədən seçilən deputat Nafiq Həmzəyevin Məmmədəmin Rəsulzadəni təhqir etməsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb. İqtisadçı ekspert Elçin Qurbanov da deputatı kəskin tənqid atəşinə tutub. Onun Moderator.az-a göndərdiyi yazılı açıqlamasını təqdim edirik:

“Məmmədəmin Rəsulzadəni təhqir edən oyuncaq deputat hələ nə danışdığının fərqində deyil. Əvvəla ondan heç kim xahiş etmir ki, M. Rəsulzadəni lider kimi qəbul etsin. Bunu kimin qəbul edib-etməməsindən asılı olmayaraq, o şəxsiyyət  tarixin daş yaddaşına öz izini salıb. Tarixi dəyişmək mümkün deyil . Buna cəhd etmək istəyən insanlar özünü təsdiq edə bilməyən, qısqanc və cılız insanlar ola bilər.

İkincisi, bu adam hələ başa düşə bilmir ki, belə ifadələrlə Azərbaycan xalqının keçmişini  təhqir edir.  Mən bilmirəm  Naqif  Həmzəyev  kimdir, kimin yaxınıdır. Amma onun savadsız və yersiz məddah olması aydındır. Bu günkü müstəqil Azərbaycan  Respublikası 1918 ”“ci ildə qurulmuş  Azərbaycan Demokratik  Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin  banisi  M.Rəsulzadənin ümummilli lider  H. Əliyevlə heç bir ədavətli tarixi münasibətləri yoxdur. Onlar ayrı-ayrı  tarixlərin şəxsiyyətləridir. Azərbaycan xalqının dahi övladlarıdır. Xalq bütün dahilərilə qürur duyur.

Bu yarıtmaz gənc deputatın ifadəsi xalqın müzakirəsinə verilməli, mandatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməlidir".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin