“MTN işi”x9d fonunda bu qurumun rəhbəri Eldar Mahmudovun vəzifədən azad edilməsi, xeyli sayda general və polkovnikin məsuliyyətə cəlb edilməsi bu gün də ictimai rəyi məşğul edən əsas məsələlərdən biridir. Cəmiyyətdə müzakirə predmeti olan digər bir məsələ isə sabiq MTN rəhbərliyinin demək olar ki, kütləvi şəkildə məsuliyyətə cəlb edildiyi bir zamanda hələ də bu qurumda müavin vəzifələrində təmsil olunan bəzi şəxslərin ”“ Hilal Əsədov və Nizaməddin Həmidovun öz vəzifələrində qalmalarıdır.
Maraqlıdır, doğrudanmı
adları çəkilən şəxslər rəhbəri olduqları qurumda baş verən saysız-hesabsız
qanunsuzluqlardan xəbərsiz olub? Əgər belədirsə, o zaman bu amilin öü belə
onların işdən azad edilməsi üçün yetərli deyilmi? Doğrudan da, bir MTN generalı
ki, tabeçiliyində olan şəxslərin əməllərindən, idarəsində baş verən olaylardan
xəbərsizdir, o, ölkə paytaxtı və ya respublikanın hansısa əyalətində hazırlanan
terror olayından, hansısa sərhəddən hansısa casusun keçməsindən, kimin hansı
dalanda kiminlə görüşdüyündən, hansı plan cızmasından necə xəbərdar ola bilər?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov isə H.Əsədov
və N.Həmidovun işdən azad edilməməsinin anlaşılmaz olduğunu və yalnız Azərbaycan
reallığı ilə izah edilə biləcəyini bildirdi:
“Tamamilə doğru söyləyirsiniz
ki, həm H.Əsədov və N.Həmidov, həm də adını çəkmədiyimiz bəzi şəxslərin öz vəzifələrində
qalması anlaşılan deyil. Əslində adları çəkilən hər iki şəxs haqqıdna, xüsusilə
də Hilal Əsədov barəsində KİV-də konkret şəxslər tərəfindən ciddi və əsaslı
ittihamlar səsləndirilib. Mənim yadımdadır ki, “Karvan”x9d Ticarət Mərkəzində
işçilərin başına gətirilən oyunlarda H.Əsədovun bilavasitə iştirak etməsi ilə
bağlı ittihamlar var idi. Düşünürəm ki, bu şəxslərin bu günə qədər öz vəzifələrini
icra etməsi Azərbaycan reallığı ilə bağlıdır. Hesab edirəm ki, H.Əsədov və N.Həmidovu siyasi hakimiyyətdə kimsə
müdafiə edir. Əks halda onlar bu vəzifədə qala bilməzdilər. Bu şəxslərə qarşı
irəli sürülən ittihamlar o qədər əsaslı və inandırıcıdır ki, düşünmürəm ki,
onlar öz vəzifələrində sona qədər duruş gətirsinlər.
MTN-də rəhbərliyin özünün
başçılıq etiyi mütəşəkkil cinayətkar təşkilat fəaliyyət göstərib. Mən tam məsuliyyətlə
deyirəm ki, orada çalışan demək olar ki, bütün işçilər mütəşəkkil dəstənin təsiri
altında olub. Bu, mümkün deyil ki, MTN-də mütəşəkkil dəstənin başında rəhbərliyin
özü dayansın, kimsə də həmin dəstənin qanunsuz göstərişlərini icra etməsin. Bu,
Azərbaycan reallığında mümkün olmayan bir işdir. Ola bilsin ki, texniki sahədə
çalışan hansısa ağıllı bir şəxs bu dəstə tərəfindən verilən hansısa göstərişi
icra etməkdən yayınsın. Lakin tam məsuliyyətlə deyirəm ki, bütün əməliyyat
işçiləri bu və ya digər şəkildə mütəşəkkil dəstənin qeyri-qanuni göstərişlərinin
icrasında bilavasitə iştirak edib. H.Əsədov və N.Həmidov qeyri-qanuni göstərişlərin
həm də bilavasitə icraçısı olublar. Ola bilsin ki, bu şəxslərin siyasi hakimiyyətdə
bu və ya digər şəkildə dayaqları olduqları üçün, hazırda öz vəzifələrində
qalıblar. Yəqin ki, məhz bu səbəbdən onlar haqqında tədbir görülmür.
Məndə məlumat var ki,
prokurorluqda H.Əsədov və N.Həmidov haqqında ciddi ittihamlar var. Lakin təəssüflər
olsun ki, bu vaxta qədər həmin şəxslərlə bağlı ittiham verilməyib. Əgər “MTN
işi”x9d çərçivəsində məsələlərə ədalətlə yanaşılacaqsa, o zaman bu şəxslərə qarşı
da ittiham irəli sürüləcək”x9d.
Seymur Əliyev
































































































