Fazil Mustafadan Elşad Mirinin edamla hədələnməsinə REAKSİYA

Hazırda oxunan: Fazil Mustafadan Elşad Mirinin edamla hədələnməsinə REAKSİYA

108941
Millət vəkili Fazil Mustafa Azərbaycan sələfilərinin lideri kimi tanınan Qamət Süleymanovun ən yaxın adamlarından biri kimi tanınan Useyd Turabovun Elşad Mirinin əleyhində video hazırlamasına münasibət bildirib.

Moderator.az
Fazil Mustafanın bu mövzuya həsr olunmuş Facebook statusunu təqdim edir:


"Cahillərdən bir qismi deyir sən filan məzhəbə, filan ölkəyə, filan düşüncəyə qarşısan. Səhifələrində ağızlarına gələni yazıya köçürürlər. Əzizlərim, mən din adı ilə təqdim olunan nadanlığa, danabaşlığa, dələduzluğa qarşıyam. Mən inancını siyasətə, ideologiyaya alət etməyən özünə şiə desin, sünni desin, fərqi yoxdur bunun məzhəbinin, təriqətinin adı nə olur-olsun demokratik düşüncə daşıyicisi kimi hamısına sayğılıyam, hörmət bəsləyirəm. İndi diqqət yetirin aşağıdakı linkə, bunlar ki, Qumda yetişməyiblər, ancaq düşüncə, anlayış, mühakimə tərzləri tamamilə eynidir. Onun bir nümunəsini də indicə oxumuşam, sələfi adı özlərini təqdim edən şəxslər hər zaman öz müstəqil fikrini söyləyən, dini maarifçiliyi təbliğ edən bir düşüncə adamını edamla hədələyirlər. Bunların ən çox qorxduğu şey, fikirdir, düşüncədir. Ona görə də əsrlərdir ki, müsəlman aləminin bir arpa boyu tərəqqiyə doğru irəliləməsi baş vermir. Əminəm ki, hüquq-mühafizə orqanları içində terror ruhu daşıyan bu yaramazların da fəaliyyətinə diqqətlə yanaşacaqlar".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin