- Məmməd müəllim, dünyada başverənlərin fonunda tez-tez belə fikirlər səslənir: “Üçüncü Dünya müharibəsi başlayacaq”x9d. Həta bəziləri bir az da qabağa gedib iddia edirlər: “Üçüncü Dünya müharibəsi artıq başlayıb”x9d. Dünyada nə baş verir, bu prosesləri necə dəyərləndirirsiniz?
- 3-cü Dünya Müharibəsi gedir. Subkomandante Markos bunu “4-cü Dünya Müharibəsi”x9d də adlandırır - onun fikrincə, 3-cü Müharibə “Soyuq Müharibə”x9d idi, yəni sosialist və kapitalist qütblərinin 1985-ci ilə qədər davam etmiş savaşı.
İndi də dünyanın böyük hissəsi müharibəyə cəlb olunub və o, guya ki “terrorla mübarizə”x9d yarlıkı altında aparılır. Miqyas və cəlb olunmuş tərəflərin sayı heyrət doğurur. Terrora qarşı 2 koalisiya yaradılıb və bu koalisiyalar da bir-birini xoşlamır. Suriya və İraqda terrorun tərəfində 100-dən çox ölkəndən gələnlər döyüşür, terrorun maliyyələşməsində 40-dan çox dövlət iştirak edir. Terrorun məramı da qlobaldır, yəni, bütün Yeri hədəf götürüb.
Sadəcə, bu savaşın klassik savaşlardan fərqi var. Bu, hibrid müharibədir - düşmənlər, mövqelər, dislokasiyalar mücərrəddir, sərhədlər silinib, vasitələrə məhdudiyyət yoxdur, savaşa müasir texnologiyalar maksimum cəlb olunub. Əvvəllər dövlətlər və ideoloji liderlər savaşırdı. İndi şərtlər pozulub, liderlər üzdə deyil. Hitler və ya Mussolini məqsədlərini gizlətmirdi, indi isə “İŞİD xəlifəsi”x9dnin öldüsü-qaldısı bilinmir, ancaq bunun müharibə dəyirmanının insan ömürlərini üyütməkdə davam etməsinə maneəçiliyi yoxdur.
Yaxud, sakit Avropada “sürünən müharbə”x9d gedir. Onu haradasa 1940-cı ildə Almaniya ilə Fransa arasındakı “Qəribə müharibə”x9dyə bənzətmək olar. Yəni, zahirən sakitlikdir, meşşanlar öz dincliyini pozmayıblar, ancaq müharibə çoxdan başlayıb.
Tərəflərdən biri silinməyincə müharibə bitməyəcək. İndiki müharibənin bir fərqi də ondadır ki, haqlıya qalib gəlməyə, şərə isə məğlub olmağa mane olurlar. Yəni, dünya permanent xaosa sürükləndirilir.
Solçular bunu əvvəldən görürdü, çünki baş verənlər tamamilə marksizm təliminə uyğundur. Növbəti qlobal böhran başlayanda kapitalistlərin dünyanı və bazarları yenidən bölmyə başlayacaqları onların mahiyyətinə uyğundur. Böhran qeyri-kapitalist anklavların dağıdılmasına səbəb olmalıydı və oldu da (İraq, Liviya, Suriya...). Kapitalistlər heç vaxt böhranı həll etmirlər, onlar böhranı sadəcə yeni ərazilərə köçürürlər. Bu dəfə də elə oldu - neoliberal kapitalizm növbəti dəfə imperializm mərhələsinə qədəm qoydu.
- Son illər Türkiyə ilə Rusiya arasında bir yaxınlaşma, istiləşmə hiss olunurdu. Məlum qalmaqaldan sonra isə vəziyyət xeyli gərginləşib. Sizcə iki ölkə arasındakı gərginliyin kimə xeyri, kimə ziyanı var?
- Problemin kökündə yenə maliyyə-iqtisadi maraqlar dayanır. Ərdoğanın öz “xilafət"ini qurmaq ideyasının xidmətinə Suriya xalqının taleyi qurban verilir. Bəllidir ki, Ərdoğanın siyasəti fərqli olsaydı, Suriyada müharibə ya başlamaz, ya da artıq bitmiş olardı. Ancaq görünən odur ki, dünyanın yenidən bölünməsi planlarında Ərdoğanın da öz rolu var.
Krım Rusiyaya birləşəndə Ərdoğan susdu. Üstəgəl, Krımın blokadasına qatılmadı. Ukrayna məsələsində də o, rusofob mövqe sərgiləmədi. Görünür, əvəzində Putinin də ona Suriyada güzəştə gedəcəyini gözləyirdi. Ancaq yanıldı - Putin Əsədi qurban vermədi, üstəlik Ərdoğanın Suriyadakı mənfi rolunu azaltmağa çalışdı, habelə Türkiyəyə neft daşıyan maşın karvanlarını da partlatdı. Nəticədə Ərdoğan açıq konfrontasiyaya getdi - bu, daha çox aldadılmış nevrotikin addımına bənzəyir.
Rusiya isə Suriyanı güzəştə getməməyə sadəcə məcburdur. Çünki, fərqindədir - neoimperializmin hədəfi Suriyadan sonra İran, Qafqaz və Rusiyadır. Odur ki, Putin qlobal terrorla savaşını preventiv müharibə adlandıranda heç də aldatmağa çalışmır.
- İkinci Dünya müharibəsində bütün bəşəriyyəti faşizm bəlasından xilas edən Sovetlər İttifaqı kommunizm ideologiyasını rəhbər tuturdu, dünyanın belə qarışıq vaxtında siyasi solun, sosialist partiyaların hakimiyyətdə təmsil olunduğu ölkələrin mövqeyi sizi qane edirmi?
- “Solun hakimiyyətdə təmsil olunduğu ölkə”x9d anlayışı bir qədər pafoslu səslənir. Yeganə Sol hakimiyyət Yunanıstandadır, orada da xalqın mənafeyini Beynəlxalq Valyuta Fonduna və neoliberal güclərə qurban verməyə razılaşdılar. Baxmayaraq ki referendumda xalq “Yox”x9d demişdi, Tsipras hökuməti Brüsselin ən neqativ planlarının altına imzasını atdı.
O ki qaldı çeşidli sosialistlərə (məsələn, onlardan biri Ollanddır), onların nə marksizmə, nə də ümumiyyətlə Sola aidiyyatı var. Onlar çoxdan dünyada neoliberal kursun ötürücüləri rolunu üzərlərinə götürüblər və bu, 1980-cı illərdən bəridir davam edir.
- Rusiya ilə Türkiyə arasında başverənlər Paris teraktını az qala ikinci plana salıb, ancaq bizim bu məsələ ilə bağlı bir sualımız var. Bəzən Rusiyanı Avropaya kütləvi mühacir axınının əsas təşkilatçısı kimi göstərirlər. Bəzi iddialar var ki, Putin hökuməti qəsdən mühacirləri Avropaya göndərib orada terror ocaqları yaratmaq məqsədi güdür, bu iddialar nə dərəcədə ağlabatandır?
- Avropaya mühacir axını Qərbin işğal siyasətinin məntiqi nəticəsidir və çətin ki, normal düşüncəli adam bu aksiomaya şübhə ilə yanaşsın. Ancaq o ki qaldı konkret Suriyadan qaçmış 4 milyon adama, onlar Əsəddən yox, islamçılardan qaçırlar. Və qəribə qanunauyğunluq - olur ki, qaçqınlar hər gün yox, kiçik qruplarla yox, qəfildən və böyük kütlələr şəklində Türkiyədəki düşərgələri tərk edib Avropaya axışır. Yəni, sanki hansısa komanda ilə hərəkət edirlər. Bu komandanı onlara Ərdoğan hökuməti verir. Yəni, Ərdoğan qaçqınlardan Avropaya qarşı istədiyi vaxt şantaj vasitəsi kimi istifadə edir. İnsan kontrabandası da Türkiyə xüsusi orqanlarının nəzarətindədir.
Suriyada mühribə 5 ildir davam edir, ancaq Avropaya kütləvi axın məhz bu ildən və hər dəfə də Ərdoğana gərək olanda reallaşır.
- Ümumiyyətlə, bu qarışıq vaxtda siyasi və qeyri-leqal solun taleyi necə olacaq, mövqe güclənəcək, yoxsa zəifləyəcək?
- Vəziyyət 1-ci Dünya Müharibəsi illərini xatırladır. Həmin illərdə marksistlər pərakəndə və zəifləmişdi, bir çox sosial-demokrat partiyaları isə müharibənin təbliğçisinə çevrilmişdi. Gözləmək olardı ki, marksizm ölüb, yaxud ən perspektivsiz ideologiyaya çevrilib. Ancaq müharibənin sonu hər şeyi dəyişdi və artıq 1917-18-ci illər ərzində Rusiyada, Almaniyada, Macarıstanda inqilablar baş verdi.
- Sualımız bir az sadəlövh görünsə də soruşmaq istəyirik: Terrorun Avropaya qədər gedib çıxması böyük gücləri yenidən düşünməyə, radikal təşkilatlarla gizli əlaqələrə son qoymağa məcbur edə bilərmi?
- Yox. Avropanın indiki durumu ABŞ-ı tam təmin edir. Yəni, zəifləmiş, problemlərin içində üzülən Avropa ABŞ-ın arzusudur. Avropanı Rusiya ilə birlik xilas edə bilər, ancaq görünən odur ki, Avropada bu ehtimalı heç nəzərdən də keçirmirlər. Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması buna sübutdur. Əvəzində isə Avropada faşizm və irqçilik güclənir...
































































































