Araz Əlizadə, sən kimsən?- Elçin Qurbanov

Hazırda oxunan: Araz Əlizadə, sən kimsən?- Elçin Qurbanov

108412

 

Bəzi “Azərbaycan ziyalı”x9dlarının “Türkiyə Rusiyadan üzr istəsin”x9d fikrinə ictimai qınaqlar davam edir. Tanınmış iqtisadçı ekspert Elçin Qurbanovun redaksiyamıza göndərdiyi yazı da eyni qəbildəndir.

Qeyd edək ki, ekspertin Moderator.az-a verdiyi məlumata görə, o, artıq ölkə başçısı İlham Əliyevə həmin ziyalılarla bağlı ölçü götürməsi üçün müraciət edib. E. Qurbanov bu adamların qardaş ölkəyə buraxılmaması üçün Türkiyə səfirliyinə də müraciət edəcəyini bildirib.

Ekspertin redaksiyamıza göndərdiyi yazısını təqdim edirik:

 

"Türk patriotizmindən ibrət almaq lazımdır. Rusiya özbaşnalığına göstərilən təpki iki ölkə arasında ifrat dərəcədə gərginliyin meydana gəlməsinə şərait yaratdı. Hələ utanmazcasına Medvedyevin Türkiyəni cinayətkar adlandırması bu günkü Rusiya hakimiyyətinin siyasi səriştəsizliyinin əyani göstəricisiydi. Amma milli maraqların iqtisadi və geosiyasi maraqlardan daha öndə olması bir daha türk xalqının dövlətçilik təfəkkürünün nə qədər dərin və mükəmməl olmasını bütün türkəsilli xalqlara nümunə olaraq təqdim etdi. Türk xalqı türkmən qardaşlarının qətlə yetirilməsini heç bir iqtisadi maraqlara qurban verə bilməməsi , eynilə 1918-ci ilin martında ağır siyasi vəziyyətdə olmasına baxmayaraq, Azərbaycanda və Dağıstanda türk müsəlmanlara qarşı qətliamların qarşısının alınması üçün Qafqaz İslam Ordusunun Qazfqaza yürüşü heç vaxt unudula bilməz.

Təəssüflər olsun ki, Araz Əlizadə kimi deputatlar daşı qardaş türkə atırlar. Səhv etmirəmsə, o zaman Nuru paşa bu Bakılı deputatın nənə babalarını da qəsbkarlardan xilas ediblər. Sənin həmyerlilərin çar ordusunun generalı Sisyanovu qoşa qala qapıları qarşısında 1806 ”“ cı ildə qanına qəltan ediblər. Amma sənin müdafiə etdiyin qüvvə rus imperializminin gürcü əslli rusiya generalı Sisyanov Azərbaycan xanlıqlarını, o cümlədən Cavad xanı qətlə yetirən dövlətin varisidir.

Vətənimizi işğal edib 1828 ”“ci ildə Türkmənçay müqaviləsindən sonra kütləvi şəkildə Azərbaycana ermənilərin yerləşdirilməsi, 1849 ”“cu ildə İrevan quberniyasını erməni dövləti elan edən rusa qardaş olan deputat, heç olmazsa 20 yanvar şəhidlərinin ruhuna ehtiram etməliydiniz. Görəsən Araz Əlizadə millətinin adını bilirmi . Əgər bilirsə qoy ifadə etsin. Savadınız və vətənpərvərliyiniz aşıb daşır.

Mən bu gün çox sevindim, ona görə ki, Rusiya özbaşnalığına qarşı ən adekvat addım atanlardan biri slavyan əslli Ukrayna oldu . Bu gün hökumətin iclasında Ukrayna baş naziri Arseni Yatsenyuk ölkənin ən iri neft-qaz şirkəti “Naftoqaz”x9da Rusiyadan qaz alınmasını dayandırmaq barədə göstəriş verdi. Ardınca qaldırılan məsələ Ukraynanın hava məkanının Rusiya üçün qapalı elan olunması ilə bağlıdır.

Bundan sonra Rusiya aviaşirkətləri tranzit uçuşlar üçün də Ukrayna ərazisindən keçə bilməyəcək. Amma bizim deputatımız rus boyunduruğu altında yaşamağın tərəfdarıdır. Mən üzümü ölkə başçısına tutub müraciət edirəm, əgər Milli deyilən Məclisdə bu təfəkkürlü deputat olacaqsa, vay bizim halımıza!

Görəsən Babəkin lənəti daha neçə yüz illər bu xalqın üzərində qalacaq? Babək belələrinin əlindən qəhərlənib “ Qoy, həmişə nəsibiniz köləlik, məzlumluq və zəlalət olsun”x9d!- deyə lənət etmişdir. Tanrı bizi bu lənətdən xilas etsin. Bunun üçün belə deputatlardan da xilas olmaq lazımdır!"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin