- Adil müəllim, sonuncu müsahibənizdə rüşvət və korrupsiya ilə bağlı bir çox maraqlı təhlillər vermişdiniz. Ancaq həm də oxucular tərəfindən daha çox təqdir olunan və aidiyyəti orqanların cavab verməli olduğu bir məsələyə toxunmuşdunuz: necə olur ki, insanların hər gün məruz qaldığı, hamıya bəlli olan rüşvət və korrupsiya cinayətləri hüquq-mühafizə orqanları tərəfindən «görünmür» və yalnız Prezidentin məsələyə şəxsi müdaxiləsindən sonra hərəkətə keçirlər? Sizcə bu biganəlik rüşvət və korrupsiya cinayətlərinin artmasına kömək etmirmi?
- Aidiyyəti orqanların rüşvət və korrupsiyaya qarşı mübarizəsindəki fəaliyyətsizliyini, əslində, diqqətsizlik, biganəlik, hətta səhlənkarlıq da adlandırmaq düzgün deyil, bu, bir “çıxılmazlıq nöqtəsidir”x9d. Vəziyyətin çıxılmaz nöqtəyə gəlib çatmasının səbəbini həmin kadrların laqeydliyində və ya bacarıqsızlığında axtarmaq yanlış olardı və problemin profilaktikasında da effektli nəticə verməzdi. Bunun səbəbini daha öncələrdə, kadrların seçilib yerləşdirilməsində yol verilmiş yanlış prinsiplərdə və səhvlərdə axtarmaq lazımdır.
«... bu kadrlar İlham Əliyevə əvvəlki hakimiyyətdən “miras”x9d qalıb”¦Â»
Xatırlayırsınızsa, mən 2005-ci ildə sizə verdiyim müsahibədə qeyd etmişdim ki, anarxiya və hakimiyyətsizlik dövründə Mərkəzi hakimiyyətin gücləndirilməsi üçün kadrların şəxsi yaxınlıq və güvənlilik kriteryasına görə (buraya dostluq və qohumluq münasibətləri də daxildir) seçilməsi mümkün, bəzən isə labüd olur. Həmin fikirlərə onu əlavə edim ki, dövlətin və cəmiyyətin gələcək inkişafını təmin etmək üçün sonrakı mərhələlərdə həmin kadrlar çıxdaş edilməlidir. Yəqin onu da xatırlayırsınız ki, müsahibədə təxminən belə bir fraza da var idi ki, “... bu kadrlar İlham Əliyevə əvvəlki hakimiyyətdən “miras”x9d qalıb”x9d. Və həmin kadrların uzun müddət hakimiyyətdə qalmaları onları artıq ölkə daxilində və xaricdə böyük əlaqələrə, şəbəkələrə, sərvətlərə sahib olan nəhəng bir gücə- hakimiyyət içərisində “hakimiyyətə”x9d çevirib. Bu kadrları zaman-zaman, tədricən dəyişmək effektsiz, birdən hamısını dəyişmək isə təhlükəlidir. Mən bu problemin həllinin ölkənin daxili, xarici, iqtisadi hətta Dağlıq Qarabağ probleminin həllindən də çətin olduğunu düşünürəm”¦
- Cavabınız suala aydınlıq gətirməkdənsə, onu daha da qəlizləşdirdi və açıgını deyim, həm də oxucuya böyük ümidsizlik aşılayır. Sizin fikrinizcə, “səhv seçilmiş kadrlar”x9dla niyə rüşvətə qarşı mübarizə aparmaq mümkün olmur və əgər belədirsə, bu kadrlardan yaxa qurtarmaq tamamilə mümkünsüzdürmü?
- Birincisi, sizin “səhv seçilmiş kadrlar”x9d dediyiniz şərti adı dəyişdirək onları -“hakimiyyətdən çoxdan getməli olan kadrlar”x9d adlandırardım. Çünki vaxtilə onların vəzifəyə gətirilməsinin nə dərəcədə səhv və ya doğru olduğunu qiymətləndirmək üçün bir çox reallıqları- o dövrdəki tarixi şəraiti, məsələn, AXCP kadrlarının kütləvi olaraq “vəzifələrini dondurmaları”x9d, əksər ziyalıların hər iki hakimiyyətə münasibətdəki tərəddüdlərini və s. nəzərə almaq lazımdır. Çoxu məcburiyyətdən vəzifəyə gətirilmiş olsalar da həmin kadrların Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və bugünkü uğurların qazanılmasındakı xidmətləri, bununla yanaşı, səhvləri, cinayətləri, hətta bəzilərinin xəyanətlərini, ən vacibi də potensiallarının bu günün tələblərinə uyğunluğu, və s. şərtlər qiymətləndirilməlidir. Əlbəttə, söhbət bütün kadrların yüzdə-yüz dəyişdirilməsindən getmir, çünki onların da içərisində vicdanlı, bacarıqlı, cəmiyyətin gələcək inkişafına fayda verəcək insanlar var. Ancaq mən hesab edirəm ki, indiki kadrların böyük əksəriyyəti dəyişilməlidir. Əlbəttə, qarşı tərəf, xüsusilə dövlət qurumlarında 20-30 il və hətta daha cox illər qurduqları “isti yuvalar”x9dının dağılmasını istəməyənlər “Bu, subyektiv fikirdir”x9d, -deyə razılaşmayacaqlar. Halbuki hər bir sahədə inkişafın dinamikliyini təmin etmək üçün kadrların vaxtaşırı müasir təhsilli və düşüncəli gənc, enerjili kadrlarla yenilənməsi dialektik bir zərurətdir. Ancaq hazırki halda söhbət sadəcə kadr siyasətindən getmir. Söhbət şəxsi maraqlarını reallaşdırmaq üçün dövlət qurumları içərisində şəbəkə qurmuş və böyük gücə çevrilmiş qüvvələrin bütünlükə ortadan qaldırmasından və cəmiyyətin gələcək inkişafının təmin edilməsindən gedir. Həmin qüvvələrin müqavimətini qırmaq və idarəçilik sistemini yeni, sağlam təməllər üzərində qurmaq ciddi bir reformadır və deyərdim ki, inqilabi dəyişiklikdir. Ancaq çətin də olsa, bu mümkündür!
- Bu islahatlar da çətin olandır, razısınızmı?
- Bayaq xatırladığım müsahibədə vaxtilə qeyd etdiyim kimi, bu, Azərbaycanda vaxtı çatmış olan əsaslı islahatların tərkib hissəsi kimi-siyasi, hüquqi və elmi cəhətdən sistemli hazırlanmış və bütün sahələrin harmonik fəaliyyətini nizamlayacaq kompleks tədbirlər kimi həyata keçirilməlidir. Bu tədbirlərin bir hissəsi olaraq düşüncələrimi oxucularla başqa məzmunda bölüşəcəm. Sualınızın digər hissəsinə gəldikdə isə, qəti olaraq bu fikirdəyəm ki, indiki kadrlarla rüşvət və korrupsiyaya qarşı köklü mübarizə aparmaq mümkün deyil.
- Niyə? Səbəb nədir?
- Belə mübarizə Prezidentin dövlət işlərindən vaxt tapıb bir qədər də hüquq-mühafizə orqanlarının yerinə lazımi faktlar və məlumatlar topladığı hallarda və məsələyə müdaxiləsi zamanı baş verir. Bunu son zamanlar MTN olayı ilə bağlı sərt addımlar atılanda gördünüz. Bu cür sərt qərarlar isə təbii olaraq komandadakı çoxluğun marağına zidd olduğu üçün onların tərəfindən könülsüz, kompaniya xarakterli mübarizə tədbiri kimi olacaqdır”¦
- Təbii ki, dövlət başçısının bütün sahələrin funksiyasını öz üzərinə götürməyə vaxtı və fiziki imkanı yoxdur. Hüquq-mühafizə orqanları dövlət başçısından bir dəfə ciddi tapşırıq aldıqdan sonra niyə bu mübarizəni davamlı etmirlər?
- Sualınız məntiqlidir, ancaq bizim reallıqları nəzərə almır. Əslində, cinayətkarlıqla mübarizənin bütün sahələri kimi, rüşvət və korrupsiyaya qarşı da mübarizə üçün lazım olduğu qədər hüquqi, elmi-texniki baza və dövlət idarəçilik sistemi mövcuddur. Sizin məntiqinizlə yanaşsaq, əslində, bu vəzifələrə təyinat alan və missiyaları yalnız bundan ibarət olan şəxslər işə başladığı ilk saatdan vəzifə borclarını yerinə yetirməlidirlər. Bunun üçün prezidentin yumşaq, ciddi, təkrar və s. formada tapşırıqlar verməsinə ehtiyac yoxdur. Bu onların vəzifəsidir! Ancaq dediyim kimi, hər dəfə aidiyyəti orqanlar və aidiyyəti şəxslər bu məsələ ilə yalnız Prezidentin ciddi müdaxiləsindən sonra, yəni çıxılmaz vəziyyətdə qaldıqda məşğul olurlar.
- Bəs o «çıxılmaz vəziyyət»in mahiyyəti nədən ibarətdir?
- Az savadlı oxucu da başa düşür ki, vəzifəsi, səlahiyyəti olmayan sıravi bir adam rüşvət ala bilməz, daha doğrusu, beləsinə rüşvət verməzlər. Rüşvət alan kimdir? Vəzifə və səlahiyyətli şəxs! Onlar kimdir? Vəzifə, səlahiyyət və qulluq sahibi olan məmurlar! Bu məmurlar kimdir? Qohum-əqraba: quda-kürəkən, yeznə-qayın, əmioğlu-dayıoğlu... və s. Bunlar həm də bir-birlərinin işinə-gücünə yarayan, hər kəs öz sahəsi üzrə digərinin problemlərini qarşılıqlı həll edən dostlardır. Baxın, təkcə Eldar Mahmudovun işlədiyi müddət ərzində vəzifəyə gətirdiyi 80 nəfərdən çox qohumları aşkar edilib. Daha doğrusu, dəqiq ki, bunların içərisindən 5-6 nəfərin vəzifə səlahiyyətlərinə rüşvət və korrupsiya ilə mübarizə aparmaq daxildir və onlar belə bir faktlar aşkar etdilər. Ancaq bayaq qeyd etdiyimiz kimi, rüşvət alanyalnız vəzifəli adamdır, məmurdur axı. Faktlar da onu göstərir ki, həmin o 80 qohumun əksəriyyəti elə rüşvətlə, korrupsiya ilə məşğul olurmuş deyə vəzifələrindən azad ediliblər. Bunlardan birinin rüşvət alması faktını aşkar edən qohum digərinə qarşı nə etməlidir, özləri-özləri ilə mübarizə aparmalıdırlar?! Vəziyyət təkcə MTN-lə bitmir axı, 80 «eldar mahmudov»ların yaxşı vəzifələrdə yerləşdirdiyi “80 qohumu”x9d, onların da nisbətən kiçik vəzifələrdə yerləşdirdiyi “80 qohumu”x9d var... Bunların hamısını birdən vəzifələrdən götürmək, məsuliyyətə cəlb etmək, qanunsuz əldə etmiş olsa da var-dövlətlərini əlindən almaq böyük bir düşmən cəbhəsi yaratmaqdır. Vəzifəsi və mövqeyi ilə bərabər gələcəyini, azadlığını, var-dövlətini itirmək qorxusu, özünümüdafiə instinkti onları nəinki hakimiyyətin başında duran şəxsə qarşı, ümumiyyətlə, vəziyyəti dəyişmək istəyən bütün sağlam qüvvələrə qarşı birləşməyə məcbur edəcək. Bu qarşıdurmanın haraya qədər, necə inkişaf edəcəyini, cəmiyyətdə hansı fəsadlar yaradacağını öncədən hesablamaq çətindir.
- Təbii ki, rüşvət və korrupsiyanın geniş yayıldığı ölkələrdə onunla köklü mübarizə aparilması müəyyən çətinliklər və problemlər yaradır. Ancaq bu o qədər ağrılı bir prosses deyil axı, Siz nəticələri xeyli dramatikləşdirirsiniz. Nümunə olaraq qonşu Gürcüstan təcrübəsini misal çəkmək olar. Çox qısa bir zamanda, ağır nəticələr yaranmadan orada rüşvətin kökü demək olar ki, kəsildi. Biz niyə həmin təcrübədən faydalanmamalıyıq? Məsələn, mən bu günlərdə həmin ölkədə oldum, Dmanisi rayonunun İcra başçısı Qogi Babanidze ilə görüşdüm, idarəetmə prinsipləri ilə yaxından maraqlandım”¦ Bir məmur rüşvət ala bilməz. «Rüşvət» deyəndə, mənə tərs baxırdılar”¦
- Bəzən faktlar və hadisələr mahiyyətcə, məzmunca və formaca eyni görünsə də, birini etalon kimi götürüb nəticələrini digər hallarda tətbiq etmək düzgün deyil. Necə ki, həkim ayrı-ayrı şəxslərdə eyni xəstəliyi aşkar etsə də müalicədə xəstəliyin dərəcəsini və orqanizmin fərdiliyini nəzərə alaraq fərqli dozalarda və fərqli dərmanlar təyin edir. Sizin misalda müqayisə etdiyiniz tərəflərin güc və ölçüləri nəzərdən qaçırılır. Türkiyə türklərinin təbirincə desək, «Gürcüstanın əti nə, budu nə?». Bizdə elə tək-tək məmurlar var ki, birinin var-dövləti və sərvəti Gürcüstanın bütün oliqarxlarının sahib olduğunun cəmindən çoxdur.
- Amma mən onları alnıaçıq, mühafizəçisiz, rahat”¦ yaşayan gördüm”¦
- Bilirsiniz, bizdə məmur var ki, zarafat olmasın, «Gürcüstanı satın, alarlar!”x9d. Bu qədər güclü oliqarxların hamısını birdən xalqa və hakimiyyətə düşmən etmək fayda verməz.
- Onlar rüşvət aldıqları üçün artıq xalqın düşmənidirldər”¦
- (Gülür). Elədir, amma”¦ Söylədiyim qəribə məntiqdir?! Xalq deyimi kimi: «Yarıya dəymə, bütövü kəsmə... doğra doyunca ye». Yəni, yerinə yetirilməsi mümkünsüz təklif! Hamımız bilirik ki, biz sovet rejimindən çıxmışıq və “Bazar iqtisadiyyatı”x9dna hamımız “0”x9ddan başlamışıq. Heç kimin bugünkü sərvətləri ata-babasından qalmayıb. Qazananların böyük əksəriyyəti qanunsuz yollarla, ən çox da rüşvət və korrupsiya yolu ilə qazanılıb. Bəli, sizinlə razıyam ki, onlar artıq o mənada xalqın düşmənidirlər”¦ Amma həm də həmin şəxslərə “dəyməyək”x9d, rüşvətin də qarşısını alaq! Yoxsa, onlara deyəcəyik ki, daha rüşvət almayın» Və onlar da almayacaq?! Deyə bilərsiniz ki, bəs özünüz buna inanırsınız? Xeyr, mən də inanmıram və elə də demirəm. Mən rüşvət və korrupsiyaya qarşı barışmaz mübarizə aparılmasının tərəfdarıyam. Ancaq bunun metodlarına fərqli yanaşıram. Bu fərqli tərzi yəqin ki, siz və bütün oxucular “süngü ilə qarşılayacaqsınız”x9d. Ona görə də bilərəkdən cavabları elə istiqamətə yönəldirəm ki, fikirlərimə “körpü salım”x9d. Nəticədə bu törədilmiş cinayətlərdən ən çox əziyyət çəkən, illərdir mərhumiyyətlərə məruz qalan oxucularımız məndən inciməsinlər və fikirlərimə mümkün qədər anlaşıqlı yanaşsınlar. Məsələn, mən təklif edirəm ki, cəmiyyət həmin şəxsləri, ümümiyyətlə, cəzalandırmasın və bağışlasın!
- Əlbəttə, “qulağa xoş gəlməyən”x9d çox ilginc bir təklifdir, ancaq düşünürəm ki, hər halda bu, cinayətkarların halına acımağınızdan irəli gəlmir. Yəqinki bu təklifin bir əsası, məntiq və ya faydası var deyə irəli sürürsünüz. Elədirsə, o nədir?
- İstərdim ki, oxucular ilk növbətə məsələyə “Qisasa-qisas, qana-qan”x9d hissilə yanaşmasınlar. Tarixə nəzər salsaq görərik ki, bu vəziyyət təkcə indi və təkcə bizim başımıza gələn, bizim yaşadıqlarımız deyil. Tarixən bunu bir çox dövlətlər, hətta bugünkü inkişaf etmiş ən sivil dövlətlər də yaşayıblar və hər dövlət də zaman-zaman bu problemi fərqli formada həll edib. Ona görə də düzgün qərar qəbul etmək üçün faydalanmağa əlimizdə kifayət qədər örnəklər və nümunələr var. İqtisadiyyatda “ Kapital yığımı”x9d dövrü deyən bir istilah var. Maraqlıdır ki, ən çox kapital yığımı - müharibələr, inqilablar, ixtişaşlar və cəmiyyətin digər təlatümlü dövrlərinə düşür. Butün dünyada ən məşhur kapitalistlər kimi tanınmış Ford, Rokfeller ailələri haqqında deyilənlər, yazılanlar göstərir ki, onlar ilkin sərvətlərini dələduzluq, rüşvət və korrupsiya vasitəsilə, siyasi hakimiyətə yerimək, məmurları ələ almaq yolu ilə nail olduqları inhisarçılıqla və digər qanunsuz yollarla qazanmışlar. Hətta hamının hörmət və sevgi ilə xatırladığı ABŞ prezidenti Corc Kennedinin ailəsinin də ilkin sərvətlərini 1920-30 cu illərdə qanunsuz spirtli içkilər satmaqla qazandığı söylənilir. Bu barədə çox misallar çəkmək olar...
- Onda, belə çıxır ki, bizimkilərin atasına rəhmət oxumaq lazımdır, eləmi?
(Davamı var)
Asif Mərzili (Təzadlar)
































































































