Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində yaşayan şəhid atası Süleymanov Əhməd Turab oğlu polis əməkdaşları tərəfindən döyüldüyünü iddia edir.xa0
80 yaşlı Ə.Süleymanov bir aya yaxın müalicə alıb. Şəhid atasının iddiasına görə, onu Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ötən ayın 6-da Cəbrayıl qəsəbəsində döyüb.
Ə.Süleymanov musavat.com-a açıqlamasında hadisənin baş vermə səbəblərini belə danışıb: “Ötən ayın 6-da maşınımla gecə saatlarında yüngül qəza törətmişdim. Axşam olduğundan maşınların hadisə yerində qalmasını və sabah yol polisinin baxışından sonra araşdırma aparılmasını istəmişdim. Digər maşının sahibi də razılaşdı. Lakin hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları maşının buradan aparılacağını dedi”x9d.xa0
Onun iddiasına görə, polislər hadisə yerindən rəisə məlumat veriblər və bundan sonra onu zorla polis şöbəsinə aparıblar.
Bu hadisəyə görə polis şöbəsinə aparılmasının özbaşınalıq olduğunu deyən Ə.Süleymanovun sözlərinə görə, polislər onu zorla PPX maşınına mindiriblər və bu zaman onu döyüblər. Ə.Süleymanovun sözlərinə görə, bu zaman onu və şəhid oğlunu təhqir də ediblər.xa0
Qəza zamanı içkili olmadığını deyən Ə.Süleymanov iddia edir ki, həkim yoxlaması zamanı onun içkili olduğunu yazıblar. Onun sözlərinə görə, iş məhkəməyə göndərilib və onun iştirakı olmadan qərar çıxarılıb.
Cəbrayıl Rayon Polisxa0şöbəsinin baş müstəntiqi Azər Məmmədzadə musavat.com-a açıqlamasında bildirdi ki, Ə.Süleymanov qəza zamanı bədən xəsarətləri alıb. Onu polis əməkdaşları döyməyib: “Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparmışam. Mənim qərarımla təsdiq olunub ki, Əhməd Süleymanov qəza zamanı xəsarət alıb”x9d.
Baş müstəntiq Ə.Süleymanovun maşını idarə edərkən içkili olduğunu dedi: “Onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə görə Cəbrayıl Rayon Polis Şöbəsinin DYPB-si tərəfindən İXM-nin 152-1.4-cü maddəsi ilə 07.10.2015-ci il tarixdə CYP-719520 nömrəli inzibati protokol tərtib edilib və İXM-nin 360-cı maddəsinə əsasən inzibati xəta haqqında tərtib edilmiş protokol baxılması üçün Cəbrayıl rayon Məhkəməsinə göndərilib və cərimələnib”x9d.(musavat.com)


































































































