“18 milyardlıq dövlət çevrilişi”x9d iddiası-müxalifət nə deyir?

Hazırda oxunan: “18 milyardlıq dövlət çevrilişi”x9d iddiası-müxalifət nə deyir?

106951
İqbal Ağazadə: “2013-cü ildə Rusiyanın xətti ilə burada müəyyən məsələlər olub”x9d; 

Sərdar Cəlaloğlu: “Azərbaycanda pul vasitəsilə çevriliş etmək istəyi...”x9d

Gülağa Aslanlı: “Nə qədər məbləğlə dövlət çevrilişi etməyin...”x9d

Təqaüddə olan xüsusi xidmət orqanının polkovniki Tofiq Rəcəbovun “Yeni Müsavat”x9da müsahibəsi ölkədə əks-səda doğurub. Polkovnik müsahibəsində iki il öncə prezident seçkiləri ərəfəsində Rusiya vasitəsilə ölkəmizdə dövlət çevrilişinə cəhd olunduğunu, bunun üçün 18 milyard pul ötürüldüyü, lakin pulların Bakı Hava Limanında saxlanıldığını bildirib. 

2000-ci ildə işdən çıxarılan T.Rəcəbov dövlət çevrilişi planının başında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dayandığı barədə sensasion faktlar açıqlayıb. Polkovnik 18 milyardın Milli Bankın sabiq prezidenti Cahangir Hacıyev tərəfindən götürüldüyünü də iddia edib. O, məbləğin xaricə göndərildiyini, bu prosesdə iki gün öncə deputatlığı əlindən alınan Çingiz Əsədullayev vasitəsilə “Azəriqazbank”x9ddan istifadə olduğunu söyləyib.
Müdhiş iddialarla bağlı 2013-cü ilin prezident seçkilərində iştirak edən ölkə müxalifətinin mövqeyini öyrəndik. 


Prezidentliyə namizəd olan Ümid Partiyasının sədri İqbal Ağazadə bu cür ittihamların absurd olduğunu bildirdi: “Bu fikirləri mətbuatdan oxudum. Çox absurd ittihamlardır. Hökumət, aeroport, təyyarələr, gömrük iqtidarın əlindədir. Çevriliş etmək istəyən hansı ağılsız nəzarətin bütünlüklə hakimiyyətin əlində olan yerə pul göndərir? Belə absurd fikirlərin müzakirə olunmasının ümumiyyətlə, tərəfdarı deyiləm. Dünyada böyük məbləğdə pullar köçürüləndə, dərhal hesabatını tələb edirlər ki, hara keçirirsən? Söhbət 5-10 manatdan getmir. 18 milyard təyyarə gətirilsin, özü də deyilsin ki, dövlət çevrilişi üçün idi. Bəlli idi ki, bu pullar tutulacaq. Niyə göndərilirdi ki? Belə qeyri-ciddi məsələlərə münasibət bildirmək istəmirəm. 2013-cü ildə Rusiyanın xətti ilə burada müəyyən məsələlər olub. Amma pul tərəfinin olması barədə məlumat olmayıb”x9d.


Həmin dövrdə prezidentliyə iddiaçı olan ADP sədri Sərdar Cəlaloğlu 18 milyardın iki təyyarə ilə belə daşınmasının mümkünsüz olduğunu söylədi: “Bu şəxs danışdığı sözün mənasını bilmir. Rusiya elə bir dövlətdir ki, vaxtı ilə Heydər Əliyevin zamanında ordumuzda təxribat edib 200 əsgəri öldürən 6 rus terrorçusunu Azərbaycandan ala bildi. Bu baxımdan Rusiyanın Azərbaycanda pul vasitəsilə çevriliş etmək istəyi ilə bağlı fikirlər çox gülməlidir. Onlara lazım olsa, qeyri-rəsmi yollarla o pulları istənilən vaxt göndərə bilər. Rusiyanın burada bankı var. Bu bank vasitəsilə istənilən qüvvələri ölkəmizdə maliyyələşdirə bilər. Eyni zamanda, burada olan adamlarına göstəriş verməklə istədiyini edə bilər. Bu şəxs bilmir ki, dövlət çevrilişi nə deməkdir.  Hansısa ölkədə birisinə pul verməklə çevriliş etmək mümkün deyil. Ukrayna hadisələri hər şeyi sübut edir. Rusiyanın hakimiyyət daxilində kifayət qədər böyük dayaqları var. Həmin dayaqlar qonşu ölkənin istənilən vaxt məqsədini həyata keçirə bilər. 18 milyardı kim almalı idi? Eldar Mahmudova gəlirdisə, onun iki il qabaq qılıncının dalı da, qabağı da kəsirdi. Vəzifəsindən istifadə edib, o pulları elə gətirərdi ki, heç kəsin xəbəri olmazdı. Eldar Mahmudovu “yükləyə-yükləyə”x9d gedirlər. Əslində qalsa, bunlar Azərbaycanda idarəetmənin iflasa doğru getdiyinin göstəricisidir. Gülməli vəziyyət yaranıb. Dünya bizə tamaşa edir. MTN-in adını bu cür hallandırmaq doğru deyil. Hərə ağzına gələn məlumat mətbuata ötürür. Bu şəxsin dedikləri Rusiyaya qarşı açıq ittihamdır. Qonşu ölkəni bizdə çevriliş etməkdə ittiham edir. Rusiya bunun üçün dövlətə qarşı təzyiq edər. Bu cür informasiyalar hakimiyyətin içərisindən ötürülür. Mahmudovla bağlı araşdırmalar aparılır. Prokurorluq birbaşa araşdırmalara başlayıb. Kiminsə əlində şikayəti varsa, prokurorluğa versin. Əgər belə olsa, prokurorluq dərhal yoxlayacaq. Çünki, Mahmudova qarşı tirajdır”x9d.


Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı belə bir məlumatı ilk dəfə eşitdiyini qeyd etdi: “2013-cü ildə seçkilərdən istər əvvəl, istərsə də sonra olsun, hər hansı bir dövlət çevrilişi olacağı barədə xəbər eşitməmişəm. Pul vəsaitinin olması barədə də məlumatım olmayıb. Nə qədər məbləğlə dövlət çevrilişi etməyin mümkünlüyü barədə Müsavat Partiyası olaraq, heç vaxt araşdırmalar aparmamışıq. Çünki Müsavatın planından heç vaxt dövlət çevrilişi etmək anlayışı olmayıb. Hakimiyyətin dəyişməsinin yalnız seçki yolu ilə mümkün olmasını qəbul etmişik. Belə də hərəkət edəcəyik”x9d.

Polkovnikin müsahibəsində adı keçən bankların mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin