"Bu yerdə deyirlər:”x9d Ey gidi dünya!”x9d "
Azərbaycan iqtisadiyyatını çökdürənlərdən, sərvətlərini talayanlardan və bunun hesabına milyonlarla mal-mülk sahibi olanlardan biri Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov da dil açıb. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi və hazırda istintaqı davam edən “MTN işi”x9d ilə bağlı məsələyə toxunan A.Bəşirov mətbuata deyib ki, “Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib”x9d.
Bu gedişlə yəqin yaxın günlərdə Hacı Məmmədov da Akif Çovdarovu ifşa edəcək.
Doğrudan da “utanmasan oynamağa nə var ki”x9d.
P.S. Görünən odur ki, ən çox çirkaba bulaşanlar ən məharətli ifşa edənlərdir.
Aslan İsmayılov, Tanınmış hüquqşunas
































































































