Elmar Məmmədyarov G20 XİN rəhbərləri ilə birgə naharda

Hazırda oxunan: Elmar Məmmədyarov G20 XİN rəhbərləri ilə birgə naharda

106178
Xarici işlər nazirləri terrorizm, miqrasiya və ekstremizmlə bağlı məsələləri müzakirə ediblər.

Türkiyənin Antalya şəhərində keçirilən G 20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tədbirdə iştirak edən dövlət və hökumət başçılarını müşayiət edən bir qrup xarici işlər nazirlərinin iştirakı ilə işçi nahar keçirib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, naharda Azərbaycan, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Meksika, Cənubi Koreya, İndoneziya, Afrika İttifaqının hazırkı sədri statusunda Zimbabve, Argentina və Çinin xarici işlər nazirləri,  Böyük Britaniyanın isə dövlət naziri iştirak edib.

Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Xarici işlər nazirləri terrorizm, miqrasiya və ekstremizmlə bağlı məsələləri müzakirə ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin