Müflis elan olunan Telman İsmayılov Lujkovla münasibətlərinin qurbanı oldu...
Neçə müddətdir ciddi maliyyə sıxıntısı yaşayan “AST”x9d Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun adı müasir biznes dünyasından silinib. 2009-cu ilin mayında dünya ulduzları ilə birgə açılışını etdiyi, atasının adını daşıyan “Mardan Palace”x9d hotelinin ötən həftə cəmi 128 milyon dollara satılması “AST Telman”x9d üçün nağılın sonu hesab oluna bilər.
Məlumdur ki, noyabrın 2-də Antalya İcra Dairəsinin “Garanti bank”x9dın iddiası əsasında həbs qoyduğu hoteli təxminən 128 milyon dollara “Halk Bank”x9d alıb. Hotelin yanında T.İsmayılovun dəbdəbəli villası da borcluların xeyrinə satışa çıxarılacaq.
Rusiyanın “Rossiya-1" kanalı həftəsonu ”x9dAST Telman" haqda yayımladığı süjetdə bir vaxtlar şəninə mahnı qoşulan T.İsmayılovun miskin obrazını yaradıb. Öncə T.İsmayılov sivilizasiyalı biznes apara bilmədiyi və külli miqdarda borclandığı qeyd olunub. “Bizim edəcək heç nəyimiz qalmayıb, məhkəməyə müraciət edəcəyik”x9d deyə, “Bank BTB”x9dnin mətbuat xidmətindən bildirilib. Məhkəmə icraçısının əlində isə T.İsmayılova məxsus 3 min kvadratmetr ərazisi olan evlər, 12 torpaq sahəsi var. Vank İsmayılovun müflis elan edilməsini tələb edib. Başqa bir kreditor isə İsmayılovdan 100 milyon dollar tələb edir. “Biz onunla dəfələrlə görüşmüşük, ancaq nəticəsiz qalıb”x9d deyə, “Manqazeya mərkəz”x9din direktoru jurnalistə bildirib. “Yaxın gələcəkdə İsmayılov imperiyasından heç nə qalmayacaq”x9d deyə, iqtisad elmləri doktoru Nikita Kriçevski deyib.
“”x9dPraqa" restoranı bağlıdır, halbuki İsmayılov heç zaman ondan imtina etməyəcəyini bildirmişdi. Türkiyədə borcuna görə təkcə “Mardan Palace”x9d yox, həm də onun evi əlindən alınıb. Hotelin ərazisində İsmayılovun villaları olub, ancaq o, uzun müddətdir ki, ora da getməyib. İsmaylovu qeydiyyatda olduğu ünvanda- Moskvadakı Kutuzov prospektindəki evində də uzun zamandır ki, görməyiblər. Həmin ev onun atasına məxsus olub, ancaq orda da heç kəs yaşamır. Süjetdə qonşuları onu “yaxşı adam idi. Həmişə kömək etməyə hazır idi, nəsə olsa pul verirdi”x9d deyə xatırlayıblar.

“Gələn il o, 60 yaşını qeyd edəcək. Bayram olacaqmı, əgər olacaqsa o bayrama kimin gələcəyi isə hələ naməlumdur. Çətin ki, bunu Telman İsmayılov özü də deyə bilər”x9d deyə, süjet ironiya ilə yekunlaşıb.
Rusiyanın dövlət kanalı “AST Telman”x9dın iflasının əsl səbəbləri haqda danışmayıb. Amma T.İsmayilovun niyə bu vəziyyətə düşdüyünə açıq işarə də edib. Artıq şübhə yoxdur ki, azərbaycanlı milyarderin müflis olmasına səbəb onun təmiz biznes aparmaması, borclanması deyil. Səbəb Kremlin siyasi elitasının nifrət etdiyi “kepkalı adamdır...”x9d
2010-cu ilin payızında Rusiya hakim elitası daxilində Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya”x9d Partiyasını yaradanlardan biri Yuri Lujkovun işdən qovulması ilə nəticələndi. Kreml qırğıları dərhal Lujkova qarşı kompromat müharibəsinə başladılar və təkcə onun və xanımının biznesi deyil, merin himayə etdiyi iş adamları da hədəfə gəldi. Bu sırada isə azərbaycanlı milyarder ön sırada gəlirdi.
Lujkovun istefasından sonra onun barəsində kompromatlarla dolu film və məqalələrdə yəhudi əsilli azərbaycanlı milyarderlə münasibətləri haqda da geniş bəhs edilirdi. Lujkovun vəzifədən uzaqlaşdırılması ilə onun yaxın adamlarının Moskvanın bütün aparıcı biznes sahələrindən vurulması başladı. Sabiq mer korrupsiyada, vəzifəsindən istifadə edərək arvadı, Rusiyanın ən varlı qadını Baturinanın biznesinə şərait yaratmaqda, T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizov”x9d bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edilirdi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman”x9d şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizov”x9d bazarı bağlandı, Moskvada hotel tikintisi üçün nəzərdə tutulan ərazi T.İsmayılovdan alındı, T.İsmayılova məxsus olan “Praqa”x9d restoranının qapıları bağlandı.
“AST Telman”x9dın Lujkovla münasibəti hələ “kepkalı adam”x9d Moskva Şəhər İcraiyyə Komitəsinin kooperasiya işləri üzrə komitəsinin sədri olarkən başlayıb. Onların dostluğu 1992-ci ildə Lujkov Moskva meri olandan sonra daha da möhkəmlənib. T.İsmayılov bu ərəfədə də “AST”x9d Şirkətlər Qrupu yaradıb. 2006-cı ildə Telman İsmayılovun 50 illik yubileyində Yuri Lujkov onu öz qardaşı adlandırıb. T.İsmayılovun iflası haqda danışarkən “gözü çıxan qardaşının oduna düşüb”x9d demək də olar.(musavat.com)

































































































