“Hüquqi baxımdan Rusiyaya qarşı iddia qaldırmaq mümkündür”x9d

Hazırda oxunan: “Hüquqi baxımdan Rusiyaya qarşı iddia qaldırmaq mümkündür”x9d

105151

Hüquqşünas Müzəffər Baxışov Moderator.az-a açıqlamasında sovet işğalı nəticəsində Azərbaycana dəyən ziyana görə SSRİ-nin varisi Rusidan kompensasiya tələb etməyin, məsələni beynəlxalq məhkəməyə daşımağın mümkünlüyünü bildirib. Lakin ekspert hesab edir ki, rəsmi Bakının indiki vaxtda belə bir addım atacağı inandırıcı görünmür:

“Azərbaycan Rusiya tərəfindən sovet dönəmindən öncə də zəbt edilib. 1801-ci ildən etibarən Azərbaycan xanlıqlarına qarşı hərbi əməliyatlar həyata keçirilib, xanlıqların ərazisi zəbt edilib. Rusiya və İran arasındakı1813 və 1828-ci il müqavilələri ilə bu işğal rəsmiləşdirilib. 1920-ci ilin aprel ayında isə Rusiya Azərbaycanı faktiki olaraq bir daha işğal etdi. 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin varlığına aprel işğalı ilə son qoyuldu. Bu baxımdan beynəlxalq məhkəmələrə müraciət etmək, kompensasiya tələb etmək proseduru mövcuddur. Lakin inanmıram ki, indiki halda Azərbaycan Rusiyaya qarşı belə bir iddia ilə çıxış etsin. Çünki Azərbaycan Rusiyanın indiki mövqeyini və ata biləcəyi addımları çox düzgün qiymətləndirir. Rusiyanın nə qədər təhlükəli bir dövlət olduğunu hakimiyyətdəki şəxslər çox gözəl bilirlər. Buna görə də inanmıram ki, rəsmi Bakı belə bir tələblə çıxış etsin. Çünki hər bir halda yalnız rəsmi qurumlar belə bir iddia ilə çıxış edə bilər. Rəsmi qurumlar isə hazırkı şəritdə çətin ki, belə bir tələblə çıxış etsin”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin