“MTN işi”x9d fonunda Moderator.az-a daha bir maraqlı informasiya daxil olub. Məlumatda sabiq MTN rəhbərliyinin Sədərək Ticarət Mərkəzində apardığı əməliyyatlarla bağlı ilginc informasiyalar yer alıb.
MTN Sədərək bazarını kimlərin əli ilə, necə nəzarətdə
saxlayıb?
Mənbənin məlumatına görə,
sabiq MTN rəhbərliyi əsas gəlir yerlərindən birini təşkil edən Sədərək bazarını
nəzarətdə saxlamaq, hansı sahibkarın maddi durumunun daha qənaətbəxş olduğunu,
kimin hədəf seçilməsinin daha çox qazanc gətirəcəyini müəyyənləşdirmək üçün
bazar daxilindəki agentura şəbəkəsinin imkanlarından məharətlə istifadə edib. Mənbənin
sözlərinə görə, MTN rəhbərliyinə bu işdə yardım edən, sahibkarlar və onların
gündəlik alqı-satqısı, maddi durumu ilə bağlı məlumatlandıran Sədərək bazarında
sahibkar kimi fəaliyyət göstərən Çingiz adlı şəxs olub:
“Bazarda priotexniki
vasitələrin satışı ilə məşğul olan Çingiz adlı şəxsin əsas işi sahibkarları,
onların ticarət dövriyyəsini müntəzəm şəkildə izləmək, öz biznesini genişləndirən
sahibkarlar haqqında MTN əməliyyatçılarına informasiya ötürmək olub. Məhz
Çingizin verdiyi informasiyadan yola çıxan MTN əməliyyatçıları, qısa müddətdən
sonra uydurma ittihamla həmin sahibkarı iş yerindən birbaşa MTN zirzəmisinə
aparıb. MTN-də isə sahibkarlarla bir neçə gün və ya bir neçə aylıq
“profilaktiki tədbir”x9d aparılıb və bundan sonra onların hər birindən 100-200 min
manat pul alaraq yenidən azadlığa buraxıb. Başqa sözlə desək, Çingiz verdiyi
informasiyalarla özünün və biznesinin təhlükəsizliyini təmin etməklə yanaşı,
keçmiş MTN rəhbərliyi üçün də “çörək ağacı”x9d rolunu oynayıb”x9d.
Yaşar kimdir və onu MTN-ə nə bağlayır?
Mənbə Çingizin Sədərək bazarındakı
missiyasının ölkə paytaxtında Yaşar adlı sahibkar tərəfindən həyata
keçirildiyini bildirib:
“Paytaxtda radiator
biznesi ilə məşğul olan Yaşar adlı şəxs də şəhərdəki sahibkarlar və onların
maddi durumu haqqında MTN-ə müntəzəm surətdə informasiya ötürməklə məşğul olub.
Yaşarın verdiyi informasiyalar əsasən kombi-radiator avadanlıqlarının satışı ilə
məşğul olan şəxslərlə bağlı olub ki, bunun da şəxsi maraqlara söykənən səbəbi
olub. Belə ki, Yaşar MTN-i imkanlı sahibkarlar haqqında məlumatlandırmaq və beləliklə
də onların MTN zirzəmisinə gedən “yolunu açmaqla”x9d yanaşı, həm də bununla öz
biznes rəqiblərini də sıradan çıxartmağa nail olub. Belə ki, özü də radiator
biznesi ilə məşğul olan Yaşar eyni avadanlığın satışını həyata keçirən
sahibkarları müflis etdirməklə, rəqabətsiz ortamda, rahat bir şəkildə öz şəxsi
biznesini inkişaf etdirib”x9d.
Elçin və Mehman adlı MTN əməliyyatçıları hansı
missiyanı yerinə yetirib?
Bilgili qaynağın sözlərinə
görə, Sədərək bazarında sahibkarların həbsi Elçin və Mehman adlı MTN əməliyyatçılarının
vasitəsi ilə gerçəkləşib:
“Elçin və Mehman adlı əməliyyatçıların
başlıca missiyası Çingizin verdiyi məlumat əsasında həbslər həyata keçirmək, iş
adamlarını bazarda qandallayaraq MTN zirzəmisinə gətirmək olub. Qısa zamanda bu
şəxslər Sədərək bazarında mənfi mənada o qədər məşhurlaşıb ki, onların
yaxından-uzaqdan hansısa obyektin yaxınlığından keçməsi belə yaxınlaşmaqda olan
bədbəxtlik və uğursuzluq əlaməti hesab olunub. “MTN işi”x9d çərçivəsində bütün
qanunsuzluqların getdikcə üzə çıxarıldığı hazırkı dönəmdə sabiq MTN rəhbərliyinin
qanunsuz göstərişini icra edən bütün şəxslər kimi, bu adamların da məsuliyyətə
cəlb edilməsi zəruridir”x9d.
Yasin-Təhsim ikiliyi sahibkarlara necə divan tutub?
Mənbə MTN-nin istintaq idarəsinin
əməkdaşları Yasin və Təhsim adlı şəxslər haqqında da bəzi faktlar açıqlayıb:
“Yasin-Təhsim ikiliyi və
bu ikiliyin sahibkarların başına açdığı oyunları paytaxtdakı iş adamları
arasında bilməyən yoxdur. Sədərək bazarında həbs edilən sahibkarların da
dindirilməsində yaxından iştirak edən bu şəxslər, “rəhbərliyin tapşırığına
uyğun olaraq”x9d iş adamlarından fantastik miqyasda pul tələb edib, əks təqdirdə
onları etmədikləri cinayətlərə görə məsuliyyətə cəlb edəcəklərini bildiriblər.
Yasin-Təhsim cütlüyü üçün
xarakterik keyfiyyətlərdən biri də, onların tələb etdikləri pulun məbləğində hər
hansı güzəştə getməmələri olub. Başqa sözlə desək, onlar sahibkarlara kəsdikləri
“racon”x9da dəyişilməsi, redaktəsi mümkünsüz olan prinsiplər kimi yanaşıb və bu məsələdə
imsəyə güzəştə getməyib”x9d.
PS.Yaxın günlərdə oxucuları Yasin-Təhsim
ikiliyinin hansı sahibkarları dindirdikləri, habelə iş adamlarına təzyiq göstərən
digər MTN əməkdaşlarının adı və “əmək fəaliyyəti”x9d ilə tanış edəcəyik.

































































































