MTN zirzəmisində 3 ay saxlanılan “Polad Ələmdar”x9d kimdir?

Hazırda oxunan: MTN zirzəmisində 3 ay saxlanılan “Polad Ələmdar”x9d kimdir?

104854

Sabiq MTN rəhbəri Eldar Mahmudov dönəmində sözügedən güc strukturunda baş verən qanunsuzluqlarla bağlı Moderator.az-a etibarlı mənbədən olduqca ilginc məlumat daxil olub. Məlumata görə, Sədərək Ticarət Mərkəzində iş adamlrını etab-etab MTN zirzəmisinə dolduran və onların axırıncı qəpiyini əlindən alandan sonra azadlığa buraxan Mahmudov komandası, bir çox hallarda heç bir maddi gücü olmayan, sahibkarlıq fəaliyyətindən tamamilə uzaq fəhlə və xidmətçiləri də MTN zirzəmisinə “qonaq edir”x9d, “nə olar-nə olmaz”x9ddeyib onları da bir-bir dişə vurmaqla “5-10 manat”x9dqazanmağa cəhd edib ki, bu qəbildən olub Mahmudovçuların zavalına gələn şəxslərdən biri də Balaşirin Babayevdir.

Mənbənin sözlərinə görə, Sədərək bazarında arabaçı işləyən bu şəxs 2013-cü ilin sentyabr ayında heç bir əsas olmadan həbs edilərək MTN-ə gətirilib və 3 ay həbsdə saxlanılıb. Ailəsinin gündəlik dolanışığını Sədərək bazarında araba sürmək, fəhləlik etməklə təmin edən Balaşirin Babayevə MTN-də bildirilib ki, o, “Qurdlar vadisi”x9d filmində olduğu kimi, cinayətkar dəstə yaratmaq, kriminal “razborka”x9dları həll etmək, banda yaradaraq soyğun və qətllər həyata keçirməkdə təqsirəndirilir.

Eşitdiklərindən şok olan Balaşirin Babayev “qanun keşiçkiləri”x9dni inandırmağa çalışıb ki, o, adi bir fəhlədir və sadalanan əməllərdən hər hansı birini həyata keçirmək fikrində və iqtidarında olmayıb. Lakin nəyin bahasına olursa-olsun arabaçıdan pul qoparmağı qarşısına məqsəd qoyan MTN-dəki müstəntiqlər Balaşirin Babayevi inandırmağa çalışıblar ki, o kriminal aləmdə böyük nüfuz sahibi olan bir şəxsdir və ləqəbi də məhz Polad Ələmdardır.

Mənbənin sözlərinə görə, arabaçıya psixoloji təzyiq etmək üçün aylarla həbsdə saxlanılan əməliyyatçılar və müstəntiqlər də Balaşirin Babayevi Polad Ələmdar deyə çağırıb.

Mahmudov komandası 3 aylıq əziyyətdən sonra “Polad Ələmdar”x9dın bir qara qəpiyə də sahib olmadığına, qohum-əqraba arasında kimsənin “irəli durub”x9d  onun azadlığı üçün “azdan-çoxdan”x9d heç nə təklif etməyəcəyinə əmin olur. Yalnız bundan sonra Balaşirin Babayevə ailəsinin yanına qayıtmağa icazə verilir.

PS.Eldar Mahmudov dönəmində MTN zirzəmisində əsassız olaraq saxlanılan bir çox şəxslə bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Bu informasiyaları yaxın günlərdə oxucuların diqqətinə çatdıracayıq. Məlum informasiyalarda öz vəzifə səlahiyyətini aşan, əməlində aşkar qanunsuzluğa yol verən əməliyyatçılar və müstəntiqlərin adı, onların yol verdiyi konkret qanunsuzluqlar yer alacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin