Ötən gün sabiq nazir Eldar Mahmudov və şəriklərinə məxsus olan “Nar Şərab”x9d restoranının 25 milyon manata satışa çıxaırldığını qeyd etmişdik. (//www.moderator.az/news/104177.html ). Bugünlərdə adıçəkilən restoranla bağlı Moderator.az-ı bilgiləndirən özəl mənbə restoranın nəzdindəki otelin də satışa çıxarıldığını bildirib. Mənbənin sözlərinə görə, otelin satışa çıxarılması restoranla bağlı təklif edilən 25 milyon manatlıq ilkin satış qiymətində hər hansı artıma səbəb olmayıb. Belə ki, “Nar Şərab”x9d rəhbərliyi bütün kompleksin qarşılığında yenə də əvvəlki kimi ”“ 25 milyon manat vəsait tələb edir ki, bu da onların restoranı mümkün qədər qısa müddətdə satmaq niyyətindən xəbər verir. Məhz bu səbəbdən də qiyməti qaldırmaqla satış şansı onsuz da az olan restoranın satışına əlavə əngəl yaratmamağa çalışılır.
Mənbə “Nar Şərab”x9d
restoranına istinadən adıçəkilən obyektin satılmadığı ilə bağlı yayılan xəbəri
də şərh edib:
“Qeyd etdiyimiz kimi, adı
“MTN işi”x9dndə keçən restoranın satışına obyekt rəhbərliyi mümkün qədər səs-küysüz,
gözə-nəzərə çarpmadan nail olmağa çalışır. Belə olan təqdirdə restoranın
satıldığı ilə bağlı məlumatların restoran tərəfindən təkzib edilməsi təbiidir”x9d.






























































































