Moderator.az-ın məlumatına görə, 18 saylı məntəqədə 1479 seçicidən 1240 nəfəri Araz Əlizadəyə səsxa0 verib. Azərbaycanda heç bir namizədə heç bir məntəqədən bu qədər səs yazılmayıb. Bu, 5500-ə yaxın məntəqə üzrə ən yüksək göstəricidir.
İkinci yüksək göstərici də Araz Əlizadəyə məxsusdur. Yenə də eyni seçki dairəsinin 26-cı məntəqəsində 1330 seçicidən 1315-i seçkidə iştirak edib. Bu seçicilərin 99 faizi deməkdir. Heç bir məntəqədəxa0 bu qədər iştirak faizi yoxdur. Buxa0 seçicilərin isə 1093-ü Araz Əlizadəyə səs verib.





























































































