Bunu Moderator.az-a açıqlamasında sabiq baş prokuror Əli Ömərov bildirib.
Əli Ömərov deyib ki, Vüqar Əhməd özü konkret faktlar ortaya qoymaqla hüquq - mühafizə orqanlarına müraciət etsə daha yaxşı olar.
Xatırladaq ki, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən namizədliyini irəli sürən professor, şair Vüqar Əhməd bu dairədə baş verən pozuntular barədə fikirlərini bölüşüb. Bildirib ki, ona namizədliyini geri götürmək üçün 1 milyon pul təklif ediblər, ancaq satılmayıb: "100 min məntəqə sədrlərinə verdilər, icra nümayəndələri, məktəb direktorları satıldılar. 11 müşahidəçimin hamısı qanun pozuntusu ilə rastlaşıb".



































































































