Moderator.az-a müraciət edən Milli Məclisə namizəd Mehdibəy Səfərov 78 saylı Lerik seçki dairəsində qanunların pozulduğu və ciddi saxtakarlıq hallarına yol verildiyi ilə bağlı informasiya verib:
“Mən,
78 saylı Lerik seçki dairəsindən MM-ə namizəd Səfərov Mehdibəy Mahmudəli oğlu,
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Prezident
Admnistrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə təcili qaydada teleqramla
müraciət etmişəm. Bildirmişəm ki, 78 saylı seçki dairəsində, Lerik RİH-nin
başçısı Rövşən Bağırov başda olmaqla, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov,
rayon səhiyyə şöbəsinin müdiri Mübariz Ağayev tərəfindən məktəb direktorları, kənd
icra nümayəndələri, məntəqə sədrləri məcburi qaydada rayonda ədalətli və şəffaf
seçki keçirilməsinə mane olurlar. Onları AR Konstitusiyasının maddələrini pozmağa sövq
etdirirlər!
Belə
ki, mənə səs verəcək müəllimləri, həkimləri, ən xırda dövlət işçisini belə vəzifələrindən
qovacaqları ilə təhdid edirlər. Məsul dövlət vəzifələrinə təyin olunmuş bu şəxslər
əhali arasında namizədlərdən birinin - İqbal Məmmədovun, müxtəlif dövlət
yetkililərinin adını hallandırmaqla, onun tərəfindən artıq, MM-ə deputat təyin
olunmağını təbliğ etməklə, əhali arasında inamsızlıq və ruh düşkünlüyü əhval-ruhiyyəsi
yaradırlar. Bununla da, bu adamlar dövlətinin təməl sutunlarından biri olan qanunvericilik
hakimiyyətinə qarşı birləşərək, konstitusiyaya zidd hərəkətlər etmişlər! Çox təəssüflər
olsun ki, vurduğum bu teleqrammadan sonra da, yəni günü bu gün də, məsul dövlət
vəzifələri tutmuş bu adamlar AR-nın Seçki Qanunlarını pozmaqda davam etməkdədirlər...”x9d


























































































