Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə, “MTN işi”x9d ilə bağlı ağır və sarsıntılı günlər aşayan sabiq nazir Eldar Mahmudov və onun komandası, bu komandada yaxından-uzaqdan iştirak edən, onun xidmətlərindən faydalanan və ona xidmət göstərən şəxslər sonu 009, 909 və 919-la bitən dövlət nömrə nişanlarından imtina edir. Buna səbəb əsasən E.Mahmudov və ailəsinə məxsus olan 009 serialının, eləcə də MTN əməkdaşları arasında geniş yayılan və “şef”x9də yaxınlıq əlaməti hesab edilən 909 və 919-la bitən nömrələrin bu gün perestij deyil, təhlükə vəd etməsidir. Əvvəlki dönəmdən fərqli olaraq bu gün “şef”x9din nəinki özünə, hətta kölgəsinə belə yaxın olmağın təhlükə vəd etməsi, sabiq nazirlə məxsusi yaxınlığı olmayan MTN əməkdaşlarını da avtomobillərinin nömrəsini dəyişmək məcburiyyəti qarşısında qoyub.
Mənbənin sözlərinə görə,
bu nömrələr arasında sonu 009-a bitən dövlət nömrə nişanlı avtomobillər istintaq
qrupunun diqqət mərkəzinə düşmək baxımından “xüsusilə riskli”x9d hesab edilir. Məhz
bu səbəbdən də mənbə sonu 009-la bitən dövlət nömrə nişanlı avtomobillərin hələ
uzun müddət ölkə paytaxtında görünməyəcəyi qənaətindədir.



































































































