“MTN işi”x9dnin istintaqı illərlə davam edə bilər”x9d.
Bunu Moderator.az-a açıqlamasında sabiq polis rəisi Mahmud Hacıyev bildirib. M.Hacıyevin sözlərinə görə, sabiq MTN rəhbərləri o qədər çoxsaylı və dəhşətli qanunsuzluqlara yol veriblər ki, bu qanunsuzluğu qısa zamanda və ya bir neçə ay müddətinə araşdırıb yekunlaşdırmaq qeyri-mümkündür:
“Hesab edirəm ki, bütün baş verən qanunsuzluqları araşdırmaq üçün istintaq qrupu aylarla, illərlə işləməli olacaq. Çünki bu qurumun sabiq rəhbərlərinin yol verdikləri qanunsuzluqlar o qədər çoxdur ki, bu qanunsuzluqları qısa zamanda araşdırmaq, onları bir neçə həftə ərzində ümumiləşdirmək olduqca çətin və mümkünsüzdür. Buna görə də “MTN işi”x9d ilə bağlı istintaq prosesinin illərlə davam etməsi mümkündür. Yalnız ciddi, uzunmüddətli və hərtərəfli araşdırma nəticəsində bütün baş verənləri aşkarlamaq və müqəssirlərin qanun qarşısında cavabdehliyinə nail olmaq mümkün ola bilər”x9d.
xa0
Seymur Əliyev






























































































