"Azərbaycan müxalifəti müasir siyasi mübarizə metodundan çox uzaqdır"

Hazırda oxunan: "Azərbaycan müxalifəti müasir siyasi mübarizə metodundan çox uzaqdır"

103076
Müsavat Partiyasının parlament seçkilərindən geri çəkilməsi düzgün olmayan taktikadır və bundan itirən anacaq özləri olacaq.xa0

Bunu Moderator.az -a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, xa0hər hansı bir siyasi partiya və ya təşkilat ölkədəki ciddi siyasi prosesə qoşulmadan öz imkanlarını ölçüb-biçir və ondan sonra iştirak barədə qərar verir. “Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da seçki prosesi ciddi siyasi xa0hadisə olduğundan özünə hörmət edən istənilən siyasi təşkilat bu prosesə qoşularkən xa0təkcə özünə deyil, eyni zamanda seçicilərinə də hörmət etməyi xa0tələb edir. xa0Ancaq Müsavat Partiyası seçkiyə 3 gün qalmış xa0prosesdən geri çəkilməsi bir daha göstərdi ki, Azərbaycan müxalifəti hələ də köhnə prinsiplərinə sadiqdirlər və onlar xa0müasir siyasi mübarizə metodundan çox uzaqdır. Azərbaycan müxalifətinin qərarları hər zaman spontan qərar olduğundan xa0bu dəfə ki, qərarı da spontan xarakter daşıdı. xa0Yəni müxalifət əvvəlcədən düşünülmüş qərar deyil. əgər belə olsaydı o zaman Azərbaycan müxalifəti indiyədək hansısa uğura imza atmış olardı”x9d, -deyə xa0Abbasov əlavə etdi.

Onun fikrincə, Müsavatın bu qərarını xa0sistemli bir fəaliyyətini məntiqi nəticəsi kimi deyil, siyasi prosesin gedişı zamanı qəbul edilmiş taktiki addım kimi xarakterizə etmək olar: “Çünki Müsavat partiyası əvvəlcədən bu seçkilərdə məğlubiyyətə düçar olacağını bilirdi və onların indi ortaya atdıqları bəhanələr sadəcə öz məğlubiyyətlərini sığortalamağa xidmət edir. Onların geri çəkilmək barədə qəararları bir daha onların zəifliynin göstəricisidir.”x9d

Politoloq hesab edir ki, Azərbaycanda xa0seçkiöncəsi demokratik mühit var və bütün siyasi qüvvələrə və namizədlərə mübarizə aparmaq üçün bərabər şərait yaradılıb. xa0“Seçkiyə hazırlıq işləri isə yüksək səviyyədə təşkil edilib”x9d, - deyə o bildirdi.

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə 5-ci çağırış seçkilər keçriləcək. xa0Bu seçkilrədə ümumilikdə 24 siyasi partiya iştirak edir. Yəni 15 siyasi partiya və bir “Azadlıq 2015”x9d seçki bloku iştirak edir. Bloka isə 7 siyasi partiya daxildir. Bundan əlavə olaraq iki siyasi partiyanın təmsilçiləri partiyalılıq mənsubiyyəti göstərmədən iştirak edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin