Bərdədə itkin düşdüyü bildirilən uşaq tapıldı - YENİLƏNİB

Hazırda oxunan: Bərdədə itkin düşdüyü bildirilən uşaq tapıldı - YENİLƏNİB

102990
Bərdə rayonunda itkin düşdüyü ehtimal olunan uşaq tapılıb.   

Moderator.az xəbər verir ki, apa-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gün məktəbdən çıxdıqdan sonra itkin düşdüyü ehtimal olunan Bərdə 3 saylı orta məktəbin I sinif şagirdi Xəlilov Elsevər Təbriz oğlunun öz həyətlərindəki yardımçı tikilidə olduğu məlum olub. 

Yaxınlarının bildirdiyinə görə, E. Xəlilov evə gəldikdən sonra həyətlərində olan yardımçı tiklidə oynadıqdan sonra orada da yatıb. Valideynləri isə onun itkin düşdüyünü güman ediblər.

Həkim müayinəsindən sonra E. Xəlilovun səhhətində heç bir problem olmadığı müəyyən olunub.

27.10.2015

Bərdədə azyaşlı uşaq itkin düşüb.

Moderator.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə bu gün günorta saatlarında baş verib. Bərdədə 3 saylı orta məktəbin I sinif şagirdi Xəlilov Elsevər Təbriz oğlu dərsdən çıxıb lakin evə gəlməyib.
 
Yaxınlarının bildirdiyinə görə, Elsevəri hər gün məktəbə atası aparıb gətirib. Bu gün isə dərsdən çıxan Elsevər atasının gəlmədiyini görüb özü tək məktəbdən uzaqlaşıb. Həmin vaxt onun yanında olan bacısı Bəsti Xəlilova bildirib ki, qardaşı evə gedəcəyini bildirib. Lakin, bir neçə dəqiqə sonra onu aparmağa gələn atası Elsevərin evə gəlmədiyini bildirib.  Günorta saat 14.00  radələrində itkin düşən Elsevər Xəlilovun axtarışları davam edir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin