“Bugünlərdə Azercell nömrəmlə
Bakcell nömrəsinə
MMS vasitəsilə 4 şəkil göndərməli
idim. Göndərdim də. O 4 şəkilə
adıçəkilən mobil operator balansımdan 3 manat 98 qəpik,
yəni 4 manat pul çıxdı. Əlbəttə,
bu məni hiddətləndirdi.
Müqayisə aparmaq üçün həmin
şəkilləri Bakcell nömrəmdən
də gödərdim və
Bakcell həmin 4 şəkil üçün balansımdan
90 qəpik çıxdı. Məsələ
mənim 4 manat və ya 90 qəpik
itirməyim və ya xərcləməyimdə deyil. Söhbət ondan gedir ki,
Azərcell bu tarifləri
hansı prinisplərə əsasən formalaşdırır!?. Necə
olur ki, eyni ölkədə fəaliyyət göstərən
mobil operatorun biri 4 şəkilə 90 qəpik, digəri 4 manat tutur? Bu,
vətəndaşların, Azərbaycan insanının
cibinə girib, oğurluq etməkdir.
Bunun başqa adı yoxdur”x9d.
İ.Rüstəmli onu da əlavə
edib ki, həmin mobil operatorla əlaqə
saxlayıb, məsələni diqqətlərinə çatdırsam da, qurum işçisinin cavabı heç də
ürəkaçan olmayıb: “Etiraz etdim. Mən
2-ci qrup əliləm. Müharibə veteranıyam. 4 şəkilin
göndərilməsi üçün niyə 4 manat ödəməliyəm?
Bu tarifi kimlər və hansı prinsiplərlə
müəyyənləşdirib? Rəhbərliyiniz
hara baxır? Ölkədə
iqtisadi böhrandır. Əhalinin orta aylıq əmək
haqqı aşağıı olduğu halda 4 şəkilə 4 manatı necə ödəsin.
Mənə deyir ki, internet paketi götürüb, şəkilləri
“watsap”x9dla göndərin. Deməli, Azərcell
müştərilərini dolayısı ilə
həm də məcbur edir ki, internet paketi də götürsün. Bu müştəriyə
hörmətsizlikdir. Bu dolayısı ilə
yenə də müştərinin ailə büdcəsinə
təhdiddir.”x9d
Qeyd edək ki, bu, Azərcellin birinci
“cibgirliyi”x9d deyil. Son zamanlar adıçəkilən
mobil operator bəzi şirkətlərlə
müqavilə bağlayaraq müştərilərini avtomatik olaraq bəzi
ödənşili reklam kampaniyalarına qoşur ki, bunun da
müqabilində həmin şirkətdən
faiz alır. Şübhəsiz ki, əziyyəti
sadə, sıravi vətəndaşlar
çəkirlər. Yəni müştərini bir kampaniyaya
qoşmaqla onun balansından hər gün 60 qəpik və aya 1 manay pul tutur. Bir sözlə, Azərcell öz “xoşbəxtliyini”x9d müştərilərinin “bədbəxtliyi”x9d üzərində qurur.
Multimedia”x9d İnformasiya
Sistemləri
Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun
prezidenti Osman GÜNDÜZ də AİM.Az-a açıqlamasında qeyd edib ki, ölkəmizdə
mobil internet qonşu ölkələrlə müqayisədə kifayət qədər bahadır:
“Bizdə 4-5 mqb üçün nəzərdə tutulan tariflərlə qonşu ölkələrdə 4-5 qat daha çox trafik
sürət əldə etmək olar. Hesab edirəm ki, bizdə bu sahədə qiymətlərin endirlməsi və eyni zamanda sürətlərin artırılmasına ehtiyac
var. Elə etmək lazımdır ki, Azərbaycanda mobil internet həm əlçatan, həm də ucuz olsun”x9d.
Ekspert mobil internetin bahalığının səbəblərini
də
aydınlaşdırıb:
“Bizdə internetin baha olmasının birinci səbəbi odur ki, dövlət provayderləri internet bazarında
rəqabətin qarşısını alır. Dövlət
internet provayderlərinin bazarda xüsusi çəkisi
50 faizdən yuxarıdır. Bu da internet bazarına təsir
edir. Bu səbəbdən özəl provayderlər də
dövlət provayderlərindən
ehtiyatlanaraq qiyməti
aşağı salmaq istəmir. Yəni qiyməti bazar özü müəyyən
edə bilmir. Dövlət provayderləri
qiymət endirimində maraqlı olmalıdırlar
ki, digər provayderlər də
qiymətlərini endirsin”x9d.
Mənsur, AİM.Az

































































































