“Hacı Madər Musayevin deputatlığa namizəd Vüqar Əhmədə maneçilik törətməsi ilə bağlı bəzi mətbu orqanlarda yazılanların heç bir əsası yoxdur”x9d.
Bunu Moderator.az - a Madər Musayevin Seçki Qərargahının rəhbəri, namizədin səlahiyyətli nümayəndəsi Niyaz Niftiyev verib.
N. Niftiyev bildirib ki, Madər Musayev namizədliyini 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən irəli sürüb:
“Vüqar Əhməd isə Sabunçu rayonundan və göründüyü kimi bir - birilərinə heç rəqib də deyillər. Belə olan halda Madər Musayev Vüqar Əhmədə niyə mane olmalıdır? Digər tərəfdən Vüqar Əhməd də təsdiq edir ki, Hacı Madər bu barədə ona heç nə deməyib. Belə olan halda niyə bəzi mətbu orqanlar niyə “qara piar”x9dla məşğuldur? Bilirsiniz ki, Hacı Madər də namizəddir və öz təbliğat-təşviqatı ilə məşğuldur, seçiciləri ilə görüşlər keçirir, boş-boş işlərlə məşğul deyil”x9d.
N. Niftiyev onu da bildirib ki, məhz seçki dövründə Madər Musayevin adının bu kimi dedi - qodularda hallandırılması yalnız bəzi KİV-lərin fantaziyasıdır:
“Yazırlar ki, deyilənə görə Hacı Madər Novxanıda hansısa dostunun oğlunun toyunda yerlilərinə nəyisə elan edib. Hacı Madər kiminsə toyunda iştirak edə bilər, amma başa düşmürəm, “deyilənə görə”x9d ifadəsinə əsaslanıb dezinformasiya yaymaq nə dərəcədə ədalətlidir? Və yaxud da “deyilənə görə”x9d ifadəsi nə zamandan istinad yeri və ya etibarlı mənbə olub? Bir həmkar kimi tövsiyə edərdim ki, bəzi jurnalist dostlarımız fantaziyalara deyil, real faktlara əsaslanıb xəbər istehsal etsinlər”x9d.

































































































