34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Elçin Qurbanovun seçiciləriylə görüşü davam edir. Vəkillərinin verdiyi məlumata görə, dünən və bu gün namizədliyinin qeydə alındığı seçki dairəsində sakinlərlə görüşən Elçin Qurbanov onların problemləriylə maraqlanıb. Daha sonra onların qarşısında çıxış edərək namizəd bu dairədə ictimai dəstəklə qarşılaşdığını və buna görə də özünün seçiləcəyinə inamını ifadə edib.xa0O, deyib: “Mən inanıram ki, platformamla tanış olan 26000 (iyirmi altı min) vətəndaş mənim qalibiyyətimi təmin edə biləcək. Mən şablon konsepsiyalardan kənar olaraq, boş vədlərlə deyil, konkret təkliflərlə bütün vətəndaşların bu günü və sabahının təminatçısı olacaq sağlam cəmiyyət quruculuğu yolunda fədakarcasına xidmət göstərmək istəyirəm. Mənim üçün millət vəkili olmaq vəzifə yox, şərəfli məsuliyyətdir”x9d.
Çıxışında o, həmçinin sosial problemlərə, seçici şikayətlərinə də laqeyd qalmayacağını bildirib: “Bir insanın əziyyətinə dözə bilməyəcək qədər həlim qəlbim daim ədalət vulkanının oduyla gözərir. Əgər bilsəm ki, mənim ölümüm dünyanı əmin-amanlığa qərq edəcək, düşünmədən bunu edərəm”x9d.
Elçin Qurbanov bütün bu şanslarına və ictimaiyyət tərəfindən xüsusi düqqətlə qarşılaşmasına baxmayaraq, insanların semkilərin nəticəsinə inanmadığından, bu səbəbdən də səsverməyə passiv yanaşdıqlarından nigarandır. Bu onun çıxışı zamanı ifadə etdiyi aşağıdakı fikirlərdən də hiss olunur: “Mənə seçkinin nəticələrinə inanmadıqlarını israrla deyən seçicilərimi inandırmağa çalışıram ki, proses ədalətli keçiriləcək. Hər kəs öz seçimini pərdənin arxasında TANRININ şahidliyi ilə verəcəyi qərarla bitirəcək. İnsanlar layiq olduqları şəxsi seçəcəklər. Yəqin bilirəm ki, bundan sonra haqqınıza girən hər kəs üzərinə çökəcək ağırlığı gərəyincə hiss edəcəklər”x9d.
Elçin Qurbanovun platformasını aşağıdakı videodan izləyə bilərsiniz:


























































































