34 saylı Xətai II seçki dairəsindən deputatlığa
namizəd Elçin Qurbanovun saytımız vasitəsilə də təqdim etdiyi seçki platforması
maraqla qarşılanır. Artıq onun youtube yerləşdirdiyi həmin platformasının
videosu 23 mindən artıq vətəndas tərəfindən izlənilib, Maraqlıdır ki, namizədin
platformasında irəli sürdüyü bəzi fikirlər müxtəlif telekanalların da diqqətini
cəlb etmişə bənzəyir. Bu yaxınlarda telekanlların birində bu mülahizələrlə
bağlı verilişlərin hazırlanması barədə ananslar verilir.
Telekanalların bu təşəbbüsünü plagiatlıq kimi qiymətləndirən
Elçin Qurbanov saytımızın sualına verdiyi yazılı açılamasında deyib: “Onlar hələ başa
düşə bilmədilər ki, müəllifi
olmadıqları hikmətlərin əvvəlini başlasalar da arxasını gətirə
bilməyəcəklər”x9d.
Elçin Qurbanovun yazılı açıqlamasının mətnini
Moderator.az oxucularına təqdim edirik:
Bu platformaya qiymət verə bilməyən əsl azərbaycanlı ola bilməz. İnsanlarda ən dəhşətli şəkildə gedən kütləşmə onları heç
vaxt eşitmədikləri həqiqətlərdən məhrum edə bilər. Səbrini basıb qulaq verə bilməyən hər kəs bu təşfiqat prossesindən götürə biləcəyi çox şeyi itirəcək
. Biz
keçmişi məhv edilmiş, gələcəyi isə təhlükə altına atılmış xalqımızın
özünə dönüşünə aparan yola bələdçilik
etmək istədik. Mənəviyyatımızın əsası
olan İslam peyğəmbərinin təhqirini Azərbaycanın qədim tarixinə calanmasının
tarixi diversiya məqsədi daşıdığını cəmiyyətə
təqdim etdik. İnsanlara
təxribatçını tanımaq üçün ipucu da verdik. Saatlı
bombanın əlverişli şəraitdə işə
salınacağından da xəbərdar etdik .
Biz Azərbaycanın bütün dünya mənəviyyatının
formalaşmasında əhəmiyyətli məmləkət olduğunu, bəşər tarixinin ən şərəfli əvvəli , sözün
başlandığı və bitdiyi yer olduğunu bəyan etdik. Biz dünyanın bilmədiyi sirlərindən, müqəddəs əmanətlərindən insanlığa
bilgilər ehsan etdik. Bunları
Rus, Türk və Azəri dillərində də tərcümə ilə verdik . Biz cəmiyyətin sağlam gələcəyini
qarant altına ala biləcək mənəviyyat və
qanunçuluğun mütərəqqi prinsiplərə xidmət edə biləcəyi konsepsiyanın əsaslarını da
insanların diqqətinə ərz etdik. Amma
özünü ağıllı sayıb nəyin qarşısını kəsmək
istədiklərini və nəyə
mane olmalarının fərqinə varmadan
namizədliyimi geri götürməyimi də
xahiş etməkdən çəkinmədilər.
Şübhəsiz ki, bu əmanətlərdən qarşı tərəf (ermənilər) daha çevik yararlana bilər. Necə ki, bizdən söz oğurlayıb tarix verilişi hazırlayan plagiat yaradıcı tarixçilərimiz kimi. Onlar hələ başa düşə bilmədilər ki, müəllifi olmadıqları hikmətlərin əvvəlini başlasalar da arxasını gətirə bilməyəcəklər. Bu hikmətlər onların dilində heç nə ifadə etməyəcək.
Dəfələrlə ölkədə xəyanətin tüğyan etdiyini bildirsəm
də buna lazımi səviyyədə əhəmiyyət
verilməmişdir. Bu gün nəticəsi
dövlətə xəyanət kimi ifşa olunacaq MTN-nin yıxılmış cəsədinə daş atmaq
qədər cılız əməllərdə bulunanlar, yıxılmışı tənqid etməklə ölkə başçısının rəğbətini qazanmaq istəyənlər yaxşı bilirlər
ki, özləri ifşa edilmiş
xəyanətkardan daha qorxulu xəyanətkarlardır. Onlar daha yaxşı nə bacarırlar? Məyər
yaltaqdan daha böyük xəyanətkar
varmı? Yaltaqlıq ifrat
fərdi mənafenin və özünə sevginin
təbii xüsusiyyətləridir. Adil və
dürüst insanda bu keyfiyyətsizliklər olmur.
Hörmətli həmvətənlər,
hər kəsi daha diqqətli və sayıq
olmağa çağırıram . Tarixin
saxtakarlıqlarından ibrət götürməyənlər,
daha böyük saxtakarlığın qurbanına çevriləcəyi qaçılmazdır.
Elçin Qurbanovun seçki platformasıyla aşağıdakı
linkdə tanış ola bilərsiniz.




























































































