MTN-in tutulan rəis müavininin yerinə - Təyinat

Hazırda oxunan: MTN-in tutulan rəis müavininin yerinə - Təyinat

102280
Bir neçə gün öncə həbs edilən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin yerinə təyinat olub.

“Qafqazinfo”x9dnun əldə etdiyi məlumata görə, bu vəzifəyə nazirliyin Anti-Terror Mərkəzinin şöbə rəisi Rauf Xələfov gətirilib. Təyinatla bağlı əmr bu gün verilib.

Qeyd edək ki, həbsdə olan İlqar Əliyevin barəsində bu gün məhkəmə qərarından apelyasiya şikayəti verilib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, Bir neçə gün əvvəl MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov saxlanılıblar. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MTN şefi Eldar Mahmudov isə oktyabrın 17-də, prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin