xa0
APA-nın əldə etdiyi məlumata görə, İ. Əliyevin şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Onun şikayətinə yaxın günlərdə baxılacaq.
xa0
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə İ. Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
xa0
Bir neçə gün əvvəl MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov saxlanılıblar. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
xa0
Onlar Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirlər.
xa0
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
xa0
Eldar Mahmudov isə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.


































































































