MTN rəhbərliyi ilə bağlı baş verən proseslər, ölkənin ən nüfuzlu nazirliklərdən birinin rəhbər heyətinin ciddi qanun pozuntusunda ittiham edilməsi bütün ölkədə əsl şok effekti yaradıb. Narahatlıq doğuran bir xeyli məqam var ki, bunlardan da biri baş verən proseslərin Azərbaycanın milli təhlükəsizliyi, müharibə hazırlığı ilə bağlı vəziyyətinin heç də iddia edildiyi kimi yüksək səviyyədə olmaması ilə bağlıdır.
Maraqlıdır, torpaqları işğal edilən, müharibə şəraitində olan Azərbaycanda MTN rəhbərliyinin kütləvi şəkildə qanun pozuntusunda ittiham edilməsi ölkəmizin müharibə hazırlığı haqqında nə deyir? MTN kimi önəmli bir qurumun rəhbərliyinin dövlət deyil, şəxsi maraqlar naminə çalışdığı bir dövlətdə müharibə hazırlığı lazımi səviyyədə ola bilərmi?
Məsələ ilə bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy ölkədəki digər nazirlik və dövlət qurumlarında da vəziyyətin MTN-dəki qədər ağır olduğunu vurğuladı:
“Öncə onu vurğulamaq istəyirəm ki, Azərbaycan hökumətinin bütün qurumlarında vəziyyət ya MTN-də olduğu kimidir, ya da ondan da pisdir. Gömrükdə, vergidə, AZAL-da, səhiyyədə, təhsildə, lap belə “Qaçqınkom”x9dda ciddi yoxlamalar aparılsa, şaşırdıcı faktlar ortaya çıxacaq. Sadəcə, MTN vətəndaş üçün güvənc yeri olduğundan orada baş verən proseslər ağrıdıcı təsir edir. Şəxsən mən, hər zaman MTN-ə güvənmişəm və bu qurumun dövlətin və millətin təhlükəsizliyi istiqamətindəki fəaliyyətini təqdir edirəm. Təkcə bir faktora görə: Azərbaycanın geosiyasi əhəmiyyəti hər kəsə bəllidir və KQB, ETTALAT, Sadval, PKK, Mossad, İŞİD kimi təşkilatların Azərbaycanda nələr törətmək iqtidarında olduğunu da anlamaq çətin deyil. MTN-nin bu təhlükələri neytrallaşdırmaq istiqamətində fəaliyyəti təbii ki, təqdirə layiqdir. Fəqət, son hadisə MTN-in nüfuzuna çox ciddi zərbə vurdu və hesab edirəm ki, bu qurumda zəruri islahatlar getməlidir”x9d.
S.Əlisoyun fikrincə, MTN-dəki milis təfəkkürlü insanların bu qurumdan uzaqlaşdırılması zəruridir:
“MTN milis təfəkkürlü insanlardan xilas olmalı və adına uyğun olaraq, millətin təhlükəsizliyi yönündə fəaliyyət göstərməlidir. Mövcud durumda bu təşkilatı qapatmaq və ya başqa bir qurumla birləşdirmək əsla fayda verməz. Sadəcə, MTN yalnız və yalnız dövlətə və millətə sadiq peşəkarların çalışdığı yer olmalıdır. Xalq dövlətin və özünün təhlükəsizliyi üçün bu təşkilatda çalışanların maaşının 10 dəfə artırılmasını belə sayğı ilə qarşılayar. Yetər ki, orada çalışanlar xəyanətdən uzaq olsun.
Müharibə məsələsinə gəlincə, açıq etiraf etmək gərəkdir ki, rüşvətin epidemiya kimi yayıldığı, korrupsiya və monopoliyanın at oynatdığı bir məmləkətdə torpaqların işğaldan azad edilməsi problemi arxa plana keçir. Xalq və dövlət bir yumruq kimi birləşəndə müharibədən danışmaq və onu zəfərlə başa çatdırmaq olar. Təəssüf ki, Azərbaycan hökuməti xalqın dövlətə olan sevgisini günbəgün azaldır. Xalq təhsildən, səhiyyədən, vergidən, gömrükdən, polisdən, MTN-dən və hətta ordudan narazıdırsa, torpaqlar erməni işğalında qalmaqda davam edəcək. Prezident İlham Əliyev Azərbaycanda rüşvətə və korrupsiyaya son qoyduqdan sonra itirilmiş torpaqları geri qaytarmaq mümkün olacaq. Mən başqa yol görmürəm. Varsa, deyin”x9d.
Seymur Əliyev
xa0
xa0
































































































