Vəzifədən uzaqlaşdırılan şəxslərin əksəriyyəti müxalifətin ətrafına “sığınır”x9d; zaman-zaman bu tipli hadisələr baş verib.
Mirmahmud Mirəlioğlu: “Müxalifətdən kimsə nəyəsə tamah sala bilər...”x9d;xa0
Elman Fəttah: “Onların pozulmuş hüquqlarını müdafiə etmişik”x9d
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən azad edilməsi və qurumun rəhbərliyinə daxil olan 7 nəfər şəxsin həbs edilməsi bir məsələni yenidən gündəmə gətirib. Azərbaycan müxalifəti sabiq naziri və həbs edilən şəxsləri müdafiə edəcəkmi?xa0
Zaman-zaman bu tipli hadisələr baş verib. Milli Məclisin sabiq sədri xa0Rəsul Quliyev, prezidentin işlər müdiri olmuş Akif Muradverdiyev, 2005-ci ilin oktyabrında həbs edilmiş səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyev, hakimiyyətyönlü sabiq deputatlar Huseyn Abdullayev və Gültəkin Hacıbəyli, vəzifədə olmasa da, iqtidarın biznesmeni sayılan Abdulla Abdullayev və başqalarını xa0misal göstərə bilərik. Adlarını çəkdiyimiz sabiq məmurlardan hazırda həbsxanada da, azadlıq da olanlar da var. Hətta xaricdə yaşayanlar da var. Azərbaycan müxalifəti nəinki bu şəxsləri müdafiə etdi, hətta bəziləri ilə seçkiləröncəsi bir qurumda təmsil olundular.xa0
Müşahidələrimiz əsasında onu qeyd edə bilərik ki, hakimiyyətdə vaxtı ilə təmsil olunan, sonradan vəzifədən uzaqlaşdırılan şəxslərin əksəriyyətinin “sığındığı”x9d yer müxalifət olur.
Eldar Mahmudov və həbs edilən MTN-çilər ölkə müxalifətdən kömək istəyəcəklərmi, yaxud demokratik düşərgə onlara dəstək verəcəkmi?xa0

KXCP sədri Mirmahmud Mirəlioğlu E.Mahmudovun müxalifətdən kömək istəyəcəyinə inanmır: “Eldar Mahmudov nazir təyin olduğu zamanlarda onun təhlükəsizlik orqanlarına uyğun kadr olmadığı qənaətində olmuşuq. Dəfələrlə bu barədə fikirlərimizi demişik. Fəaliyyətinin ilk vaxtlarından Milli Təhlükəsizlik Nazirliyini “abaxeys”x9d sistemində öyrəndiyi təcrübəyə əsasən idarə edib. Onun özü də bütün deyilənləri təsdiq edib. O, rəhbərlik etdiyi quruma nə xeyir verdi ki? Bir qisim adamlar var ki, onlar müdafiə olunmalı deyillər. Bunlar rüşvətxorluq və korrupsiya ilə məşğul olublar. Onlar müdafiə olunmağı haqq etmirlər. İnamıram ki, Eldar Mahmudov müxalifətə üz tutsun? Ola bilər xa0ki, müxalifətdən kimsə nəyəsə tamah sala bilər, kimisə nəyə görəsə müdafiə edə bilər. Açığı hadisələr hələ durulmayıb. Bu baxımdan proqnoz vermək çətindir. Bəlkə Eldar Mahmudovu başqa bir vəzifəyə təyin etdilər. Bu hakimiyyətdən çox şey gözləmək olar”x9d.
Müsavat başqanının müavini Elman Fəttah cinayətkarların həbsinin belə Azərbaycanda qanunsuzluqlarla həyata keçirildiyini söylədi: “Əvvəllər cinayət törətmiş şəxslərin cinayət törədən insanlar tərəfindən həbs edilmələri zamanı, həbs edilənlərin məhkəmələri ilə bağlı çoxlu sayda qanunsuzluqlar baş verdi. İnsan haqları nöqteyi-nəzərindən onların pozulmuş hüquqlarını müdafiə etmişik. İndiki halda deyə bilərəm ki, konkret bir proses yoxdur. Həbs olunduqları qeyd olunan şəxslərin də həbsləri barədə dəqiq məlumat yoxdur. Heç bir şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə ictimaiyyətə məlumat verilməyib. Eldar Mahmudov və ona yaxın şəxslərin də həbs olunacaqları qətiləşməyib. Bu məsələlər qətiləşərsə, prosesi izləyəcəyik. Proses zamanı ciddi pozuntular baş verərsə, münasibət bildirərik. Baş verən hadisələr hakimiyyətdaxili cinayətkar mübarizənin nəticəsidir. Bir qrup digərinə qalib gəlir. Dövlətin səlahiyyətlərindən istifadə olunur. İndidən bu haqda danışmaq çətindir. Onların cinayət törətmələri haqqındakı xəbərlər ictimaiyyət tərəfindən legitimdir. Cəmiyyət bu gün adı hallanan şəxslərin zamanında törətdikləri cinayətlərdən xəbər tuturdu. Mətbuat orqanlarında bu barədə yetərincə xəbərlər dərc olunub”x9d.
Başqan müavini E.Mahmudov və digər şəxslərlə hər hansı bir əməkdaşlığa getməyəcəklərini də qeyd etdi. /musavat.com/































































































