Sabiq MTN-çı həbs olunan qadın generaldan yazdı - "Onu tanıyıram! "

Hazırda oxunan: Sabiq MTN-çı həbs olunan qadın generaldan yazdı - "Onu tanıyıram! "

101967
Moderator.az  xəbər verir ki, sabiq MTN əməkdaşı Ərəstun Oruclu son günlər nazirlik ətrafındakı hadisələr çərçivəsində həbs edilmiş qadın general Natəvan Mürvətova haqqında danışıb. 


"Bəlkə də təəccüblü gələcək sizə, amma etiraf edim ki, bu, tutulanların arasında bircə nəfərə görə həqiqətən çox təəssüflənirəm. Mediada soyadı müxtəlif cür hallandırılan general-mayor Natəvan Mirvətovanı yaxşı tanıyırdım. Vaxtilə onunla iş üzrə xeyli ünsiyyətdə olmuşdum. Bütün bu generallar arasında həmin rütbəyə yeganə layiq olan və Azərbaycanın tək general-xanımı idi. Amma çox təəssüf ki, Natavan xanımın işi "çirkli" iş olmaqla yanaşı, həm də onu son 30 ilin ən miqyaslı informasiya daşıyıcısına çevirmişdi. O, həm də öz işinin yüksək səviyyəli peşəkarı idi. Bu isə həm onun özü, həm də bir çox başqaları üçün təhlükəli idi. Belə də oldu. Əminəm ki, Natavan xanım dəfələrlə mənim də telefon danışıqlarımın dinlənilməsinə tapşırıqlar verib, amma yenə də deyirəm ki, bu, onun işi idi.  Heç nəyə baxmayaraq, arzu edirəm ki, bu xanım həbsxanaya düşməsin. Allah yardımçısı olsun və günahlarını bağışlasın".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin