Tanınmış çekistin doğum günüdür - İlham İsmayıl

Hazırda oxunan: Tanınmış çekistin doğum günüdür - İlham İsmayıl

101962
Bu gün Azərbaycanın ən dəyərli oğullarından biri, MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik - leytenant İlham İsmayılın 58 yaşı tamam olur.

İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-ci ildən Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib.

MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olub. Hal - hazırda vaxtaşırı təhlükəsizlik məsələləri ilə bağlı mətbuata açıqlamalar verir və onu bu baxımdan mətbuatın dostu da adlandırmaq olar.

Evlidir. Bir oğlu, bir qızı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin