Cahangir Hacıyevin bank sektorundakı sonuncu adamı da vəzifəsini itirdi

Hazırda oxunan: Cahangir Hacıyevin bank sektorundakı sonuncu adamı da vəzifəsini itirdi

101873
“Bank Technique”x9d ASC-nin Müşahidə Şurasının sədri Rövşən İsmayılovun sabiq MTN rəhbərinə də yaxın olduğu bildirilir

“Bank Technique”x9d ASC-nin Müşahidə Şurasının sədri Rövşən İsmayılov tutduğu vəzifəni tərk edib. APA-nın xəbərinə görə, sədr öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb. Belə ki, oktyabrın 16-da keçirilən bankın səhmdarlarının yığıncağında R. İsmayılovun işdən çıxması ilə bağlı yazdığı ərizəyə baxılıb və sədrin ərizəsi qəbul olunub.

“Bank Technique”x9ddə maliyyə problemi yeni deyil. Hələ 2012-ci ilin aprelində “Texnikabank”x9d (o vaxt belə adlanırdı) ASC-nin rəhbərliyi həbs edildikdən sonra bu bank Beynəlxalq Bankın İdarə Heyətinin o vaxtkı rəhbəri Cahangir Hacıyevin idarəçiliyinə keçmişdi. “Texnikabank”x9d ASC-yə nəzarət uğrunda Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da səy göstərirdi. Amma o zaman hakimiyyətdən ciddi dəstəyi olan C.Hacıyev banka nəzarəti ələ aldı və E.Rüstəmov oyundankənar vəziyyətdə qaldı. Bundan sonra bankın adı dəyişdirilərək “Bank Technique”x9d adlandırıldı, Cahangir Hacıyevin müavini Rövşən İsmayılov banka rəhbər gətirildi. “Bank Technique”x9d Müşahidə Şurasının yeni tərkibi də (Fuad Mürşüdlü və Rauf Ağayev) C.Hacıyevin işçilərindən təşkil edildi.xa0


C.Hacıyevin Beynəlxalq Bankdan istefasından sonra “Bank Technique”x9ddə araşdırma başladı. Çünki ən azı o səbəbdən ki, C.Hacıyevin paytaxt Bakıda elit yaşayış binalarının - “Azure Park”x9d yaşayış kompleksinin tikintisini məhz “Bank Technique”x9d maliyyələşdirib. Üstəlik, o da məlum olub ki, Beynəlxalq Bank kimi “Bank Technique”x9ddən də iri məbləğli, özü də heç bir girov qoyulmadan kreditlər götürülüb. Bu işdə də bəzi oliqarxların və iş adamlarının adı keçir. “Bank Technique”x9dyə böyük məbləğdə və həm də girovsuz kredit götürmüş adamlar sırasında vəzifəli məmurların yaxın adamlarının olduğu da deyilirdi.xa0


Qeyd edək ki, hələ may ayında “Bank Technique”x9dnin sədri Rövşən İsmayılovun saxlanılması barədə xəbər yayılmışdı. Sonradan bankdan təkzib edilən xəbərdə deyilirdi ki, R.İsmayılov “Beynəlxalq Bank işi”x9dnin istintaqını aparan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Saxlanılanlar sırasında bankın “Xəzər”x9d filialının rəhbəri olan Fərid Məmmədovun (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı) da adı çəkilirdi.

Eldar Mahmudovun istefaya göndərilməsindən sonra xa0C.Hacıyevə həbsxana qapısı görünüb. Hələ bir müddət əvvəldən onun bütün adamlarının bank sektorundan təmizlənməsinə başlanılıb. Beynəlxalq Bankın bütün rəhbərliyi yeniləndikdən sonra növbənin “Bank Technique”x9dyə çatacağı gözlənilən idi. /musavat.com/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin