MTN-in Monitorinq Xidmətinin rəisi həbs edildi - Özəl

Hazırda oxunan: MTN-in Monitorinq Xidmətinin rəisi həbs edildi - Özəl

101425
Dünən prezidentin sərancamı ilə azad olunan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafında həbslər başlayıb. 

Moderator.az -ın əldə etdiyi məlumata görə, MTN-in Monitorinq Xidmətinin rəisi general mayor Teymur Quliyevin Bakının Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. 
Əməliyyat nəticəsində general mayor həbs edilib. Əməliyyatda 20-ə yaxın xüsusi təyinatlı iştirak edib. 

Məlumatı Moderator.az -a hadisə şahidləri verib.

Qeyd edək ki, prezident İlham Əliyevin 27 mart 2012-ci il taixli sərəncamı ilə Teymur Rəcəb oğlu Quliyev general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdü.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin