“Onun puluna ehtiyacım yoxdu”x9d - Aktrisanın həkimi danışdı

Hazırda oxunan: “Onun puluna ehtiyacım yoxdu”x9d - Aktrisanın həkimi danışdı

101314
Uzun zamandır ağır şəkər xəstəliyindən və xərçəngdən əziyyət çəkən əməkdar artist Gülnar Salmanova bu dəfə mətbuatda verdiyi açıqlama ilə gündəmə gəlib.

Moderator.az milli.az-a istinadən xəbər verir ki, əməkdar artistin günahlandırdığı həkimi Rüstəm Verdiyev açıqlama verib.

Həkim bildirib ki, Gülnar xanım kaprizli insandı, bir neçə ağır xəstəlikdən əziyyət çəkir, yarım candır:

"Gülnar Salmanova 4 ildən artıqdır ki, dializ xəstəsidi, böyrəkləri işləmir. Xəstə bundan əlavə 20 ildən çoxdur ki, diabetdən əziyyət çəkir, insulin qəbul edir. Sol süd vəzisindəki xərçəng şişindən əziyyət çəkir. O da, kimya terapiyasından sonra yaranan xəstəlikdir.

Xanım həftədə üç dəfə 3-4 saat hemodializ seansı qəbul edir. Keçən il işlədiyimiz klinikanı bura (Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına) köçürüblər. Gülnar xanım özü mənim qonşumdu. İstər burada, istərsə də, evinə gedib mən o insanın qayğısına qalıram.

Bunu onun oğlu, Elçin Salmanov da təsdiq edə bilər. O, səhv etmirəmsə, Şamaxı rayon prokurorluğundan işləyir. Elçin şahiddir ki, mən Gülnar xanımın qayğısına necə qalıram, ona nəzarət edirəm".

Rüstəm Verdiyev əməkdar artistin rüşvət ittihamına da cavab verib:

"Əsassız sözlərdi, dializ xəstələrinin heç biri pul verən belə deyillər. Onlara pul ayrılır və ciblərindən pul xərcləmirlər. Ümumiyyətlə, bizim ölkədə bu cür xəstələrə böyük qayğı göstərilir. Biz onlardan nə uma bilərik, axı onlar, onsuz da, böyük əziyyət çəkirlər, yarımcan bir insandırlar".

Rüstəm Verdiyev qeyd edib ki, məsələ ilə bağlı baş həkim Fikrət Zeynalov onunla danışıb:

“Sizə danışdıqlarımı ona da dedim və xəstəyə bütün yardımlar olunur".

Qeyd edek ki, əməkdar artist açıqlamasında vəziyyətinin çox pisolduğunu, müalicə aldığı xəstəxanada ona baxan olmadığını bildirib.

O, həkimi Rüstəm Verdiyevi günahlandırıb. Əməkdar artist qeyd edib ki, həkim ondan rüşvət tələb edir, almadıqda isə onun səhhəti ilə maraqlanmır.

Xatırladaq ki, Gülnar Salmanova əvvəllər Əfəndiyev adına 2 saylı şəhər Klinik Xəstəxanasında müalicə alırdı. Ancaq klinika təmirə dayandığından bütün xəstələr həkim heyəti ilə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanası köçürülüblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin