Tanınmış hüquqşünasdan Qüdrət Həsənquliyevə dəstək

Hazırda oxunan: Tanınmış hüquqşünasdan Qüdrət Həsənquliyevə dəstək

100683

Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında məhkəmə islahatlarının aparılması təklifi ilə çıxış edib. Q.Həsənquliyevin sözlərinə görə, ölkədəki mövcud qanunsuzluqları önləmək üçün məhkəmə islahatlarının həyata keçirilməsi zəruridir.

Maraqlıdır, həqiqətən də ölkədə məhkəmə islahatları həyata keçirmçəyə ehtiyac varmı? Peşəkar hüquqşünaslar belə bir islahata ehtiyac duyurmu?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov Q.Həsənquliyevin təklifinin hökmən nəzərə alınması gərəkdiyini söylədi:

“Mən öncə Qüdrət bəyə bu mühüm məsələyə münasibət bildirdiyi üçün təşəkkür edirəm. Gerçəkdən də, Azərbaycana məhkəmələr çox bərbad vəziyyətdədir. Bu sahədə gündən-günə çürümə prosesi gedir. Bunun səbəbi isə bu sahədə hər hansı islahatın aparılmamasıdır. Baxmayaraq ki, ölkədə guya məhkəmə islahatlarının aparılması ilə bağlı əsassız təbliğat aparılıb. 10 iyun 1997-ci il tarixində məhkəmələr və hakimlər haqqında qanun qəbul edildi. Həmin qanunun tətbiqinə 2000-ci ildə başlanıldı. Bu qanunun tətbiqinin reallaşmasından sonra məhkəmələr sovet dövründəki məhkəmələrdən də bərbad vəziyyətə düşdü. Sonra isə məhkəmələri Ədliyyə Nazirliyinin faktiki olaraq tabeliyinə verdilər. Məhkəmə-Hüquq Şurası guya məhkəmələrlə bağlı idarəetmə fəaliyyətini həyata keçirir. Əslində isə bu funksiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur. O, isə bu sahəni ümumiyyətlə bilmir. Ona görə də bu sahəni bərbad vəziyyətə gətirib çıxartdı. Bu baxımdan Q.Həsənquliyevin səsləndirdiyi təklifin reallaşması mühüm əhəmiyyət kəsb edir.

Mən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi gündə məhkəmə proseslərində oluram. Məhkəmələrdə çalışan hakimlərin hansı arzuedilməz vəziyyətə düşdüklərinin canlı şahidi oluram. Onlar öz durumlarının arzuedilməz olduqlarını etiraf edirlər. Onlar özləri də dərk edirlər ki, onları cəmiyyətdə ən nüfuzsuz şəxs səviyyəsinə salırlar. Hakimlərin polis serjantı səviyyəsində hörməti yoxdur. Polis serjantlarına vətəndaşlar heç olmasa onların paqonlarına görə hörmət edirlər. Lakin hakimlərə bu səviyyədə belə hörmət qoyulmur. Çünki onların qəbul etdikləri qanunsuz qərarlar onları eləxa0 bir səviyyəyə salıb ki, onlara vətəndaşlar hörmət etmir.

Azərbacanda məhkəmə islahatı həyata keçirilməli, məhkəmələrin nüfuzu qaldırılmalıdır. Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin edilməli, onlar istənilən asılılqdan, o cümlədən F.Məmmədovun asılılığından azad edilməlidir. Belə bir siyasi iradə olmasa, o zaman mövcud vəziyyəti müsbətə doğru dəyişmək mümkün olmayacaq”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin