Elman Rüstəmov Beynəlxalq bankın özəlləşməsi haqqında danışdı...

Hazırda oxunan: Elman Rüstəmov Beynəlxalq bankın özəlləşməsi haqqında danışdı...

100592
Mərkəzi bankın sədri Beynəlxalq bankın özəlləşməsi haqqında danışdı.

Moderator.az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə  2016-cı il büdcəsinin müzakirəsi zamanı Beynəlxalq bankın özəlləşməsi  ilə bağlı məsələyə toxunaraq bildirdi ki, artıq ölkə başçısı İlham Əliyev əhəmiyyətli bankların sabitiyinin qorunması məqsədi ilə Beynəlxalq bankdakı səhmlərinin özəlləşməsi barədə fərman imzalayıb: “ Hazırda fərmandan irəli gələn məsələlərlə bağlı  Maliyyə nazirliyi və Mərkəzi bank tərəfindən müvafiq tədbrilər görülür.”x9d

Rüstəmov bildirdi ki, Beynəlxalq bankdakı dövlət səhmlərinin özəlləşməsi nəticəsində əldə olunacaq vəsaitlər banklarda kreditlərin həcminin artırılmasına, kredit faiz dərəcələrinin azaldılmasına, bankın müxtəlif proqramların, sosial-iqtisadi proqramların icrasına, xüsusən də ipoteka kreditinin canlanmasına imkan verəcə: “Bu səbəbdən də hazırda Mərkəzi bank hökumətlə birlikdə bank sektorunun sabitliyinin qorunub saxlanması və məhkəmləndirilməsinə  dəstək verilməsi elemnetləri üzərində çalışır.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin