Şərqi Azərbaycan vilayətinin valisi Azərbaycana səfər edəcək...

Hazırda oxunan: Şərqi Azərbaycan vilayətinin valisi Azərbaycana səfər edəcək...

100276
Oktyabrın 19-da İranın Şərqi Azərbaycan vilayətinin (ostnadarlıq)  valisi Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayır. 

Moderator.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Şərqi Azərbaycan ostandalığının valisi Cabbarzadənin rəhbərlik etdiyi  nümayəndə heyəti oktyabrın 19-da Naxçıvana səfər edəcək. “Oktyabrın 20-si və 21-də isə Bakı və Gəncəyə səfər edəcək”x9d, deyən səfir  bildirdi ki,  bu səfər hər iki ölkə arasında əlaqələrin inkişafına öz töhvəsini verəcək: “Şərqi Azərbaycan həm iqtisadi, həm turizm, həm də tibbi turizm cəhətdən inkişaf etmiş vilayətlərdən biridir. Bundan əlavə olaraq Azərbaycan xalqının qəlbində bir Təbriz sevgisi var. Bu baxımdan  bu səfər əlaqələrin inkişafında mühüm rol oynayacaq. Biz iki ölkənin sərhəd bölgələrinin əlaqələrini yaratmaqla ölkələr arasındakı münasibətlərin inkiaşfına nail olmaq istəyirik.”x9d

Səfir onu da əlavə etdi ki, bir aydan sonra  Gilan vilayətinin valisinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər  edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin