"Formula 1": Üçüncü sərbəst yürüşün ən yaxşısı Serxio Peres oldu

Hazırda oxunan: "Formula 1": Üçüncü sərbəst yürüşün ən yaxşısı Serxio Peres oldu

78789

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb. 

Bizim.Media xəbər verir ki, "Red Bull"dan Serxio Peres ən yaxşı nəticəni göstərib. 

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub. Ötən gün ilk test yürüşlərində müvafiq olaraq Peres və Lekler birinci olmuşdu. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq.

15.09***

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib. 

Bizim.Media xəbər verir ki, sonuncu məşq 1 saat davam edəcək və 16:00-da yekunlaşacaq.

Bu yürüşdən 2 saat sonra isə “Formula-1” pilotları sıralama turuna çıxacaqlar. 

Qeyd edək ki, dünən keçirilən ilk iki sərbəst yürüşdə Serxio Peres (“Red Bull”) və Şarl Lekler (“Ferrari”) hamını qabaqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin