Bu gün Azərbaycan Qran-prisində ən sürətli pilotlar müəyyənləşəcək

Hazırda oxunan: Bu gün Azərbaycan Qran-prisində ən sürətli pilotlar müəyyənləşəcək

78710

Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək. 

Bizim.Media xəbər verir ki, "Formula-2"də sprint yarışında ən sürətli pilotlar müəyyənləşəcək. 

"Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq. 

Azərbaycan Qran-prisi 

11 iyun 

"Formula 2" 

13:30 - 14:20. Sprint yarışı 

"Formula 1" 

15:00 - 16:00. III sərbəst yürüş 

"Formula 1" 

18:00 - 19:00. Sıralama turu 

İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş, "Formula 2"də sərbəst yürüş və sıralama turu gerçəkləşib. "Formula 1"də "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər.

"Formula 2"də isə "Hitech Grand Prix" komandasından Yuri Vips hər iki yarışda birinci olub. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycanın Dövlət Himni səslənəcək. Saat 15:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin