"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

Hazırda oxunan: "Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

602870

Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Formula-1" yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.

Bizim.Media xəbər verir ki, bu barədə iddia ilə "Formula-1"i işıqlandıran idman jurnalisti Jiuliana Cerasoli çıxış edib.

O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən oxu.az-a bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:
 

"Yarış qüvvədədir və "Formula-1" təqviminə uyğun keçirilməsi nəzərdə tutulur".


Qeyd edək ki, "Formula-1" təqviminə əsasən, Bəhreyn (5-ci mərhələ) və Səudiyyə Ərəbistanında (6-cı mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beş həftəlik fasilə yaranacaq. May ayında yarışlar ABŞ Qran-prisi ilə davam edəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin