Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

Hazırda oxunan: Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

582455

Britaniyalı “McLaren” pilotu Lando Norris “Las-Veqas” Qran-prisində yarışdan sonrakı müsahibə zamanı söyüş söydüyünə görə Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən cərimə edilib.

Bizim.Media xəbər verir ki, Norris 59.000 dollar cərimələnib.

Yarışdan sonrakı müsahibə zamanı Norris ilk döngədə “Red Bull” pilotu Maks Verstappenə uduzduğunu təsvir edərkən sözügedən ifadələri işlədib.
 

Norris yarışda ikinci yeri tutsa da, sürüşmə lövhəsindəki həddindən artıq aşınmaya görə diskvalifikasiya edilib.


Ferstappen qalib gəlib, “Mercedes” pilotu Corc Rassel Norrisin diskvalifikasiyasından sonra ikinci, komanda yoldaşı Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin